Azərbaycanın uğurlarını həzm edə bilməyən xəyanətkarlar ölkədə çaxnaşma yaratmağa çalışırlar - - Rufiz Qonaqov

Azərbaycanın uğurlarını həzm edə bilməyən xəyanətkarlar ölkədə çaxnaşma yaratmağa çalışırlar - Rufiz Qonaqov

Azərbaycanın həm daxildə, həm də beynəlxalq aləmdə əldə etdiyi nailiyyətləri həzm edə bilməyən xəyanətkar qruplar hər vəchlə ölkədə çaxnaşma yaratmağa çalışırlar. Lakin Əli Kərimli və Cəmil Həsənli kimi xəyanətkarların həyata keçirmək istədikləri niyyətləri fiaskoya məhkumdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib. O deyib ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsində qeyd etdiyi kimi, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır. Belə olan halda isə, onlar özlərini nəinki hakimiyyət uğrunda mübarizənin real subyekti kimi təqdim edə bilmirlər, hətta əbədi müxalifət titulunu da itirmək təhlükəsi ilə üzləşərək xaricdən ötürülən maliyyələrdən məhrum olacaqlarını real təhlükə kimi gözlərinin qarşısına alırlar.

Politoloq qeyd edib ki, milli xəyanətkarlar toplumu olan Əli Kərimli və Cəmil Həsənli cütlüyü xalq-iqtidar birliyini qəbul edə bilmir. Çünki bu insanlar daim ölkədə xaosun və qarşıdurmanın olmasında maraqlıdırlar. Bu şəxslər siyasi fəaliyyətlə yox, xaricdəki havadarlarının sifarişlərini yerinə yetirmək missiyaları ilə məşğuldurlar. Ancaq onlar xalq-iqtidar birliyi qarşısında öz cılız siyasətlərini yürüdə bilməyəcəklərini bilməlidirlər. Çünki güclü dövlət, güclü xalq amili məhz bu cür düşünməyə zəmin yaradır.

R.Qonaqov əlavə edib ki, Əli Həsənovun da məqaləsində qeyd etdiyi kimi, onlar sağlam müxalifətçilik zehniyyəti ilə yürüdülən siyasəti təhlil etmək, əgər varsa, onun nöqsanlarını göstərmək, mümkün çətinliklərə diqqət çəkmək, bu yolla müəyyən düzəlişlərə nail olmaq deyil, həmin siyasətin gerçəkləşməsi üçün zəruri olan resurs və alətləri sıradan çıxarmağa, müsbət indikatorları zərbə altına salmağa çalışırlar. Qara niyyətlərinə ağ yalanlarla heç cür bəraət qazandıra bilmədikləri hallarda isə iddia etməyə başlayırlar ki, guya, Azərbaycan hakimiyyətinin son qərarları və addımları yanvarın 19-da müxalifətin keçirdiyi etiraz aksiyasının nəticəsidir.

BMAM sədri bildirib ki, xalqımız dövlətinin və Prezidentinin yanında olmaqla xəyanətkarların, anti-Azərbaycan qüvvələrin fəallaşmasına imkan vermir. Xalqımız öz müdrikliyi ilə bundan sonra da dövlətimizin başçısının ətrafında sıx birləşəcək. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !