Sosial Könüllülük Məktəbi: Qış sessiyası" yekunlaşdı - (+FOTOLAR)

“Sosial Könüllülük Məktəbi: Qış sessiyası" yekunlaşdı (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 12-15 fevral 2018-ci il tarixlərində Sabunçu Gənclər Evində AYAFE-nin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Sosial Könüllülük Məktəbi: Qış sessiyası" yekunlaşdı. 4 gün davam edən layihədə ümumilikdə 45 gənc iştirak etmişdir.

“Qış məktəbi” formatında təşkil olunan layihənin ilk günündə AYAFE Gənclər Təşkilatının sədri Qasım Xasməmmədlinin çıxışı ilə layihənin açılış mərasimi baş tutmuşdur. Daha sonra, Malayziyadan dəvət edilən təlimçi Shameera Natasha öz könüllülük təcrübəsini gənclərlə bölüşmüş və gənclərin sosiallaşma bacarıqlarının inkişaf etdirilməsi üçün praktiki oyunlar təşkil etmişdir. Günün ikinci hissəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin eksperti Hüseyn Hümbətov tərəfindən əlilliyi olan şəxslərin inklüziyası timsalında "Həssas qruplarla iş" üzrə təlim keçilmişdir.

Layihənin 2-ci günü çərçivəsində Orxan Mahmudovun spikerliyi ilə şəxsi inkişaf, liderlik və bu bacarıqların həssas qruplarla iş sahəsində əhəmiyyəti kimi mövzularda təlim keçirilmişdir. Təlim çərçivəsində iştirakçılar üçün şəxsi inkişaf və liderliyə əsaslanan interaktiv oyunlar həyata keçirilmiş, daha sonra, onlara verilən tapşırıqlara əsasən iştirakçılar komandalara bölünərək müzakirələr aparmış, təqdimatlar hazır etmişdirlər.

"Sosial Könüllülük Məktəbi: Qış sessiyası"-nın 3-cü təlim günündə günün birinci yarısında SOS Uşaq Kəndlərinin nümayəndələri tərəfindən Sosial iş və sosial sferada karyera ilə bağlı gənclərə məsləhətlər verilmiş, bu sahənin incəlikləri öyrədilmişdir. Bundan əlavə, iştirakçılara verilən tapşırıqlara əsasən iştirakçılar komandalara bölünərək müzakirələr aparmış, təqdimatlar hazırlayaraq nümayiş etdirmişdirlər. Günün ikinci yarısında isə "Beynəlxalq sosial könüllülük" mövzusunda interaktiv təlim keçirilmişdir.

Layihənin sonuncu günündə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəznində fəaliyyət göstərən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə səfər edildi. Səfər çərçivəsində iştirakçılar sağlamlığı məhdud gənclərin əl işləri ilə tanış oldular və gənclərlə müxtəlif oyunlar oynayaraq maraqlı vaxt keçirdilər. Daha sonra, Mərkəzin drektoru Rəhilə Həsrətovanın iştirakçılarla tanışlıq xarakterli görüşü baş tutmuşdur. Günün ikinci yarısında iştirakçılar layihə barəsində öz təəssüratlarını bölüşdükdən sonar, AYAFE Gənclər Təşkilatının sədri Qasım Xasməmmədlinin çıxışı ilə bağlanış mərasimi baş tutdu və iştirakçılar sertifikat və hədiyyələrlə təltif olundular.

Beləliklə, layihə çərçivəsində iştirakçılar “həssas qruplar” anlayışı ilə tanış edilmiş, onların həssas qruplarla iş, sosial iş və sosial sferada karyera, beynəlxalq sosial könüllülük kimi mövzularında bilik və bacarıqlar əldə etmələri üçün şərait yaradılmışdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !