Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirildi - (+FOTOLAR)

Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, İslam Əməkdaşlıq Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzindən verilən məlumata əsasən, Belçikada yerləşən “Think Out” təşkilatı və Gent bələdiyyəsinin əməkdaşlığı ilə İƏGF Avrasiya Regional Mərkəzi tərəfindən 14-17 fevral tarixlərində Belçikanın Gent şəhərində “Qüdsün İnsan Simaları” adlı beynəlxalq foto-sərgi keçirilmişdir. Sərgi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri konfransının müvafiq qərarı ilə təsdiq olunmuş və İƏGF ilə Fələstin Gənclər və İdman Şurasının birgə həyata keçirdiyi Qüds – İƏT Gənclər paytaxtı 2018 beynəlxalq proqramı çərçivəsində təşkil edilmişdir. Sərgidə Qüdsün işğalının 51-ci ilini simvolizə edən 51 foto nümayiş etdirilmişdir. Fotolar 2018-ci il boyunca Qüdsdə yaşayan və ya Qüdsü ziyarət edən gənclər tərəfindən çəkilərək, Qüds – İƏT Gənclər paytaxtı 2018 proqramının təşkilat komitəsinə təqdim edilmişdir. Daha əvvəl 2018-ci il ərzində Amman, Paris və İstanbul kimi şəhərlərdə nümayiş etdirilən sərginin tərəfdaşlarından biri kimi Qətər Mədəniyyət və İdman Nazirliyi çıxış etmişdir.

Gent şəhərində 15 fevral tarixində sərginin açılışında iştirak edən İƏGF Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev sərgi haqqında iştirakçılara məlumat vermiş və tərəfdaşlara, o cümlədən, Gent bələdiyyəsinə sərginin keçirilməsi üçün göstərilən təşkilati dəstəyə görə təşəkkür etmişdir. Çıxışda 3 səmavi dinin müqəddəs məkanı olan Qüdslə bağlı xüsusiyyətlərin və yalnız fələstinlilər üçün deyil, bütün müsəlman dünyası üçün əhəmiyyətli olan Qüds məsələsinin fərqli coğrafiyalarda yaşayan insanlara doğru şəkildə çatdırılması üçün bu tipli mədəni-informativ tədbirlərin keçirilməsinin vacib olduğu qeyd olunmuşdur. Elməddin Mehdiyev öz çıxışında həmçinin İƏGF-nin İƏT çərçivəsində insane faciələrlə bağlı keçirdiyi fəaliyyətlərə örnək olaraq Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində İƏT Parlamentlər İttifaqı və İƏT Xarici İşlər Nazirləri Konfransları tərəfindən Xocalı faciəsinin soyqırım və insanlığa qarşı cinayət kimi tanınmasını qeyd etmişdir.

Yerli əhali tərəfindən maraqla qarşılanan və ictimai fəallar, elm adamları və media nümayəndələri ilə yanaşı xristian demokratlar, liberallar, yaşıllar və fəhlə partiyaları nümayəndələrinin də iştirak etdiyi tədbirdə Belçika Federal Parlamentinin millət vəkili Vəli Yüksəl, Belçikadakı Fələstin səfirliyinin müşaviri Hassan Al-Balavi və həmçinin Gent Universitetinin Fələstinəslli dosenti Mohammed Al Saftavi də çıxış edərək tədbirin əhəmiyyətini qeyd etmiş və bu təşəbbüsüçün Bakıda yerləşən İƏGF Avrasiya Regional Mərkəzinə təşəkkür etmişlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                         

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !