Ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

Ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə, Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev çıxışında dövlət-din münasibətlərindən danişaraq, İslam dininin öz ümumbəşəri mahiyyəti və birləşdirici missiyası ilə insanları daim sülhə və humanizmə dəvət etdiyini vurğulayıb. M.Hacıyev rayonda mövcud olan vəhdətin qorunub saxlanılmasının vacibliyini qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə çıxışında milli-mənəvi və dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında dini icma sədrləri və din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. T.Həsənzadə dini radikalizm, onun fəsadları və radikalizmə qarşı mübarizə metodları haqqında iştirakçıları məlumatlandırıb.
QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli çıxışında dövlətin dinə qayğısından danışıb. İ.Həsənli həmçinin dini icma sədrləri və din xadimlərinə lazımi tövsiyələrini verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !