Macarıstanlı diplomat Musiqili Teatrda... - + FOTO (AZpress.AZ – Minə Türksoy)

Macarıstanlı diplomat Musiqili Teatrda... + FOTO (AZpress.AZ – Minə Türksoy)

AZpress.AZ xəbər saytı bildirir ki, Macarıstan Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfirinin ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat cənab Mihay Qruber Azərbaycan Dövlət Musiqili Teatrında olub. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonağa 136 il əvvəl tikilmiş teatrın inzibati binasının yaranma tarixi, burada oynanılan ilk tamaşalar barəsində danışıb, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bir neçə il əvvəl aparılan mükəmməl yenidənqurma və bərpa işlərindən sonra sənət ocağında kollektivin daha böyük əzmlə çalışdığını qeyd edib.
Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı ikitərəfli mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib, iki ölkə arasında səfər və qastrolların təşkili məsələlərinə toxunulub.
Cənab Mihay Qruber Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Ə.Lalayevə səmimi qəbul və işgüzar söhbət üçün minnətdarlığını bildirib, ona Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyinin salamlarını çatdırıb.
“Teatrınızın görkəmi dünyanın bir çox nüfuzlu teatrları ilə müqayisə olunacaq dərəcədə möhtəşəm və gözəldir. Elə ilk baxışdan da hiss olunur ki, burada uğurlu tamaşaların ərsəyə gəlməsinə zəmin yaradan peşəkar mühit var... Əminəm ki, bundan sonra da Macarıstan-Azərbaycan mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında və yeni mədəni münasibətlərin gedişatında mühüm rol oynayacaq. Düşünürəm ki, bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsi çox vacibdir”, - deyə Macarıstanlı diplomat xüsusi vurğulayıb.


AZpress.AZ Minə Türksoy. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !