Lənkəran teatrında yeni tamaşanın premyerası olub - + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

Lənkəran teatrında yeni tamaşanın premyerası olub + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

Fevralın 15-də Lənkəran Dövlət Dram Teatrında görkəmli türk yazıçısı Əziz Nesinin “Öldür məni, əzizim” pyesi əsasında Oruc Qurbanovun qələmə aldığı “Manyak” tamaşasının premyerası olub. AZpress.AZ xəbər verir ki, ahıl yaşında tənha qalmış iki qadının faciəsindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Maraqla qarşılanan tamaşada əsas rolları Əməkdar artist Adil Zeynalov, aktyorlardan Şarud Mehdiyeva, Qızılgül Quliyeva, Allahverən Babayev və Emin Fərzullayev ifa ediblər.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )