Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümündə bir çox uğurlu layihələr gerçəkləşdirir - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümündə bir çox uğurlu layihələr gerçəkləşdirir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümündə bir çox uğurlu layihələr gerçəkləşdirməklə bərabər fərqli janrda, yeni, maarifləndirici, müxtəlif kontingenti əhatə edən tamaşaların da repertuarına əlavə olunmasına eyni həssaslıqla yanaşır. Tamaşaların davamlı olaraq nümayişini təşkil etmək məqsədi ilə teatr rəhbərliyi aylıq repertuar planını təsdiqləyir, teatrda yaradılmış marketinq prinsipi ilə ictimai nəqliyyatda, sosial şəbəkələrdə, ASAN Xidmət Mərkəzində və müxtəlif ali təhsil ocaqlarında hər kəs tamaşalar barədə vaxtaşırı məlumatlandırılır.

Cari mövsümdə daha çox axşam tamaşaları ilə şəhər sakinlərinin görüşünə gələn SDDT nəhayət azyaşlı tamaşaçıların maraqla izləyə biləcəyi, təhsil almanın vacibliyinin, valideynlərin övladlarına dəstək olaraq onları bu yöndə motivasiya etmələrinin asan, anlaşıqlı dillə və dialoqlarla vurğulandığı bir tamaşanı təhvil verdi.

Belə ki, bugün rejissor Vasif Məmmədovun quruluşunda Abdulla Şaiqin “Danışan gəlincik” nağıl-pyesinə daxili baxış keçirildi. Tərbiyəvi əhəmiyyət kəsb edən səhnə əsərində əməkdar artist Növrəstə Həşimova, aktyorlar İlham Səfərli, Şəms Abdullayeva, Vəfa Qurbanova, İradə Zeynalova, Aynur Hümbətova, Firuzə Şərifova, Elmir Mehdiyev, Cavanşir Eyyubzadə və Şəmistan Süleymanlı öz rollarının öhdəsindən məharətlə gəldi. Tamaşanı izlədikdən sonra teatrın direktoru əməkdar Artist Mübariz Həmidov və yaradıcı kollektiv fikirlərini bölüşdü. Həmçinin məktəblilərdən ibarət Alternativ bədii şura üzvləri onları təsirləndirən məqamları dilə gətirdi. Tamaşanın premyerası yaxın günlərdə nəzərdə tutulur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !