Həmidə Ömərova gənclərlə kinoya getdi - (+FOTOLAR)

Həmidə Ömərova gənclərlə kinoya getdi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “Park Cinema” kinoteatrlar şəbəkəsi və “ADDIM” Gənclər Təşkilatının birgə layihəsi olan “Cinemaya Addımla”nın budəfəki ulduz qonağı Həmidə Ömərova olub. Gənclərlə birlikdə film izləməyin xüsusi zövq verdiyini deyən xanım aktrisanın bu görüşdən məmnun olduğu diqqətdən yayınmayıb.

Tədbirin əvvəlində “ADDIM” Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə layihəyənin davam etdiyini bildirib.

Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədilə həyata keçirilən “Cinemaya Addımla” layihəsi çərçivəsində “ADDIM”çılar aktrisa ilə birlikdə Nadine Labakinin rejissoru olduğu “Kapernaum” filminə baxıblar. Film bıçaqlama hökmü ilə həbsxanaya düşən azyaşlı oğlanın həyatından bəhs edir. Qeyd edək ki, baş rol ifaçısı Zeyn əslində suriyalı qaçqındır.

Onu da əlavə edək ki, 14 fevraldan etibarən “Park Cinema” şəbəkələrində nümayiş olunacaq “Kapernaum” filmi “Kann” festivalında tamaşaçılar tərəfindən 15-dəqiqəlik ovasiya ilə qarşılanıb. “Oskar 2019” mükafatının “Ən yaxşı xarici film” nominasiyasında təqdim olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !