Ağac çəliyimi bir yana qoyub, Yenidən qarşına çıxa biləydim... - - Məzahir Süleymanzadə

Ağac çəliyimi bir yana qoyub, Yenidən qarşına çıxa biləydim... - Məzahir Süleymanzadə

Ağac çəliyimi bir yana qoyub,
Yenidən qarşına çıxa biləydim...
Döyünən qəlbinin səsini duyub,
Yorğun gözlərinə baxa biləydim...

 

Bu titrək, qabarlı barmaqlarımı,
Sürtəydim alnının qırışığına...
Yorğun təbəssümlə, sönən ümidlə,
Baxaydım ömrümün yaraşığına...

 

Qəfil qanayaydı sevindiyindən,
Nə vaxtsa qəlbimə vurduğun yara...
Gözümün nurunu verəydim sənə...
Üzümü tutaydım qaranlıqlara...

 

                                                                               ***

 

 

Əllərini qaldıraraq "Allah" deyə çağırdı,
Anam mənim xəmirimi
məhəbbətdən yoğurdu...
İllər keçdi, zaman gəlib yetişdi,
Bu sevgidən hər bir kəsə pay düşdü...

Böyüdüm, çox yerdə çəkildi adım,
Qapı-qapı düşüb sevgi payladım...
Allaha, torpağa, Vətənə sevgi,
Gəlib hər yanımdan ötənə sevgi...
Nə sərvət yığırdım, nə pul sayırdım,
Odlu ürəyimlə sevgi yayırdım...

Sevgimdən pay alan adamlar oldu,
Sevgimlə ucalan adamlar oldu...
Günlərin birində qaldım naəlac,
Gördüm ki, sevgiyə yoxdur ehtiyac...

Yaltaqlar, nadanlar qabağa keçdi,
Adamlar məni yox, onları seçdi...
Neynim, qəlbim sevgi dolu ocaqdır,
Deyəsən, ürəyim partlayacaqdır...

 

                                                                                    ***

 


Adət eləmişəm, hər gün, hər səhər,
Durub öz-özümə salam deyirəm...
Qayğanaq yerinə, yağ əvəzinə,
Doğruya bükülmüş yalan yeyirəm...

 

Dilim də söz tutmur, dişim tökülüb,
Ağzımın şirini, dadı yalandır...
Guya dərd çəkirəm, belim bükülüb,
Çəkdiyim dərdin də adı yalandır...

 

Alınan qərarın, verilən vədin,
Biri doğrudursa, onu yalandır...
Uzaqdan yalançı üfüq görünür,
Bu yalan dünyanın sonu yalandır...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !