Türkiyənin "Bonne Vie" jurnalının "Sinema Güzeli" lahiyəsi Azərbaycanda - + FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

Türkiyənin "Bonne Vie" jurnalının "Sinema Güzeli" lahiyəsi Azərbaycanda + FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

Nəhayet Azərbaycanda ilk olaraq teatr və film sahəsində istedad axtarışında olan "Sinema Guzeli" yarışmasının finalı olaraq Qala Gecəsi baş tutudu.
Türkiyənin film sahəsinə bir çox məhşurlar qazandıran (Türkan Şoray, Engin Çağlar, Nuri Alço və b.) "Bonne Vie" jurnalı, Hakan Solaker və lahiyyənin Azərbaycan üzrə təmsilçisi Can Media Groupun rəhbəri Aysel Nazimin təşkilatçılığı ilə baş tutan tədbirin final gecəsində jüri heyyəti də Türkiyədən xüsusi dəvət  olunmuş peşəkar və məhşur sənətçilər-Hakan Solaker, Didem Taslan, Kivanc Terzioğlu, Nesli Özsoy, Aleyna Solaker, Nuri Alço, Can Özsoy da iştirak edirdilər.


Gecənin rəsmi qonaqları sırasında Millət vəkilləri-Sona Əliyeva, Dilarə Cəbrayılova, Adil Əliyev, əcnəbi ölkələrin Azərbaycanda Fransa və Türkiyə ölkələrinin fövqəladi ve səlahiyyətli səfirlik nümayəndələri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələri, Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, incəsənət ustaları, teatr ve elm xadimləri də dəvət olunmuşdular.
Nəşvə Azərbaycanın baş sponsorluğu ilə keçirilən " Sinema güzeli" lahiyyəsi Grand Neon Palace-in möhtəşəm zalında hər iki qardaş ölkənin Azərbaycan-Türkiyənin Dövlət Himnləri səsləndirildi. Daha sonra isə "Kolorit" rəqs qrupunun Azərbaycanın tarixi rəmzləri və ornamentlərini özündə əks etdirən "Azərbaycan" adlı rəqs çıxışı ilə açılış mərasiminə start verildi.
Daha sonra xalq artisti Flora Kərimova, əməkdar artist Mətanət Isgəndərli tədbir iştirakçılarını salamlayaraq musiqi töhfəleni təqdim etdilər.
Daha sonra isə aparıcılar Pərvin Əsgərli və Sənan Şəfizadənin təqdimatında tədbir təşkilatçıları Aysel Nazim və Hakan Solaker səhnəyə dəvət olunaraq öhdələrinə götürdükləri bu xeyirxah işdə onlara dəstək olan hər bir kəsə təşəkkür edərək əsas məqsədlərinin isə Türkiyə Azərbaycan qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin gənc istadadların təmənnasız olaraq üzə çıxmalarına dəstək və Azərbaycan gənclərini Türkiyədə təhsil almalarına zəmin yaradaraq daha böyük film və ya teatr şirkətləri ilə iş birliyinə imza atmaq olduqlarını bıdirdilər.
Tədbirin ikinci əsas hissəsində isə Azərbaycanlı sənətçilər Zümrüd Qasımovanın tələbələri Nicat Hüseynzadə,Səbinə Haqverdiyeva, Rüfət Nəzərin tələbələri Cəmilə Hacıyeva, Rafael Quliyev, Anar Heybətovun tələbələri Zeynəb Hüseynova, Elsevər Rəhimov, Rəşad Kəsəmənlinin tələbələri Fidan Qasımova, Cavidan Kəsəmənli, Çimnaz Sultanovanın tələbələri Zeynəb Kəngərli, Ümman Budaqov, Ceyran İsgəndərin tələbələri Günay Məmmədova,Royal Allahverdiyev hazırladıqları tamaşalar ilə birincilik uğrunda mübarizə aparıdılar.

Türkiyədən gələn qonaqlar Aleyna Solaker, Nesli Özsoy, Nuri Alco, Engin Çağlar, Can Özsoy, Kıvanç Tərzioğlu və layihə rəhbəri Hakan Solaker 12 iştirakçının iştirakı ilə təqdim olunan mono-tamaşaları izəlyərək səs veriblər. Səsvermə nəticəsində qalib olan 4 iştirakçı - Fidan Qasımova, Elsevər Rəhimov, Cavidan Kəsəmənli, Cəmilə Hacıyeva Türkiyədə keçirilən "Sinema güzeli'' müsabiqəsinin də də iştirak etmək hüququ qazandılar.
Tədbirin sonunda lahiyyənin təşkilatı işlərində əməyi keçən "Sinema Güzeli"-nin sponsorları Turkiyə ilə Azərbaycan arasında məsafəni qısaldan "Kalyon Tour" Svetlana Mehdiyeva , "Sky Hotel" Sərdar Şahin, istirakcıların bəzədilməsində Lankon Beauty Gozəllik Mərkəzi Sultan Səlimova, geyimlər Las Vegas Baku , Bagozza Milano magazaları, "Alo hədiyyələr", "Vedi" gül magazası, "Pink Aksesuar" və "He Aksesuar" magazalarına, "Alza Boutique" ən zövqlü qadin geyimləri məkanı, "The Loft Beauty" gözəllik salonu, E Media Group rəhbəri Elşən Əliyev, təşkilatçı-jurnalist Lalə Qəzənfər, mətbuat katibi Könül Ibrahim və tədbir boyu bütün foto və video çəkilişlərinə görə "Best Group Production" dan Rüstəm Fərman, Nəriman Ismayılov, Raşan Yusifov və b. Bonne Vieə və Can Medianin təsis etdiyi "Təşəkkürnamə" ilə mükafatlandırldılar.
Qeyd edim ki, “Sinema güzeli” yarışmasının böyük Türkiyə finalı 18 mart 2019-cu il tarixində Istanbulda baş tutacaqdır. Bir neçə ölkələrdən ibarət bütün müsabiqə iştirakçılarına uğurlar arzulayırıq.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :            

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !