Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə təntənəli mərasim keçirilib - (+FOTO)

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə təntənəli mərasim keçirilib (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Tədbirdə 2018-ci ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatları mükafatlandırılıb.

Əvvəlcə 2018-ci ildə Azərbaycan gənclər sahəsində həyata keçirilən tədbirləri əks etdirən video çarx yayımlanıb.

Mərasimdə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar, bu sahədə reallaşdırılan proqram, strategiya və layihələr, gənclərimiz üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. Həmin tarixdən başlayaraq, Azərbaycan Gəncləri Günü respublikamızda geniş qeyd olunur. Gənclər və İdman Nazirliyi tərəfindən hər il Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif tədbirlər keçirilir. İstedadlı və yaradıcı gənclərin mükafatlandırılması da məhz belə tədbirlərdən biridir.

Tədbirdə 2018-ci ildə memarlıq, təsviri sənət, musiqi, teatr, ədəbiyyat, ictimai fəaliyyət, elm, təhsil sahələrində fərqlənən gənclər təltif olunublar.

Bundan başqa, dövlət gənclər siyasətinin həyata keçirilməsində uğurlu fəaliyyəti ilə seçilən bir sıra gənclər təşkilatları da mükafatlara layiq görülüb. Mərasimdə Tanımış Gənc ictimai fəal Samir Pənəliyev də 2018-ci ildə uğurlu ictimai fəaliyyətinə görə Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev tərəfindən təltif edilib.

Qeyd edəki Samir Pənəliyəv Hal hazırda Azərbaycanın ən fəal gənclərindəndir və həyata keçirdiyi layihələrlə hər zaman diqqət mərkəzindədir!

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !