İbn Sinanın möcüzəvi resepti - - 5 manata başa gəlir

İbn Sinanın möcüzəvi resepti - 5 manata başa gəlir

 Orta əsrlər dövrünün ən böyük təbiblərindən olan İbn Sina 16 yaşından tiblə məşğul olmağa başlayıb. O, az yaşlarından bu sahə ilə maraqlanmağa başlasa da, yeni müalicə metodları ilə tez bir zamanda məşhurlaşıb.

İbn Sina tibb təhsilini əvvəl Kuşyar adlı bir həkimin yanında alıb. Bundan əlavə o, Buxarada atasının və dövrünün ən məşhur alimlərinin tələbəsi olub.

19 yaşında həkim adı alan İbn Sina xəstələri pulsuz olaraq müalicə etməyə başlayıb.
Onun məşhur reseptlərindən bəziləri dövrümüzə kimi gəlib çıxıb.

AZpress.AZ  medicina.az-a istinadən onlardan "möcüzəvi resept" adını almış birinin hazırlanma qaydasını təqdim edir:

Tələb olunan ərzaqlar:
- 250 qr quru əncir
- 1 litr zeytun yağı

Əvvəlcə əncirləri yuyun, süzün və quşbaşı doğrayın. Daha sonra onları zeytun yağı əlavə olunmuş bankanın içinə tökün və ağzını bağlayın. Bu qabı 5 gün boyunca qaranlıq bir yerdə saxlayın. Daha sonra səhər və axşam olmaqla gündə iki dəfə yeyin.

Bu qarışıq bütün nəfəs yolları, astma, ağciyər xəstəliklərini aradan qaldırmağa kömək edəcək.

Quru əncirli zeytun yağı qarışımının əsas faydası xərçəng xəstəliyinə qarşı mübarizə aparmasıdır. Bu qarışımdan mütəmadi olaraq istifadə edərək, orqanizminizi xərçəngdən qoruya bilərsiniz.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !