ADMİU-nun tələbəsi Prezident Mükafatına layıq görülüb - (+FOTOLAR)

ADMİU-nun tələbəsi Prezident Mükafatına layıq görülüb (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin magistr tələbəsi Masər Fuad oğlu Həsənov Gənclər üçün Prezident Mükafatına layıq görülüb.
Xalq artisti, görkəmli kinorejissor Eldar Quliyevin tələbəsi olan Masər Həsənov Universitetin ən nümunəvi tələbələrindəndir. ADMİU Sabah qruplarının Rejissorluq ixtisasının məzunu olan Masər Həsənov bir çox festivalların və ustad dərslərinin iştirakçısı olub. Fiziki məhdudiyyəti olmasına baxmayaraq bütün layihələrdə, ictimai işlərdə fəallığı ilə seçilir. O, “British Council”ın "Unlimited" proqramının tərkib hissəsi kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının tərəfdaşlığı ilə həyata keçirilən "Bir Günəş Altında"layihəsində, məşhur kino rejissoru, ssenaristi və aktyoru Nikita Mixalkovun, Kaliforniya Universitetinin əməkdaşı, sənədli film üzrə rejissor Liza Limanın, amerikalı bədii film rejissoru Lanre Olabisinin ustad dərslərində iştirak edib.

Görkəmli kino rejissorumuz, Xalq atisti Eldar Quliyevin tələbəsi olan Masər Həsənov ən yaxşı ssenari, sənədli film, müəllif işi, ADMİU-da keçirilən “İlin tələbəsi” layihəsi çərçivəsində “İlin rejissoru” və “Ən yaxşı film” nominasiyaları üzrə mükafatlara layiq görülüb, müxtəlif diplom və sertifikatlarla təltif olunub.
2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Rasim Ocaqov adına təqaüdə layiq görülüb.

Aktiv yaradıcı fəaliyyəti ilə seçilən, bir çox sənədli və bədii filmlərin, sosial çarxların müəllifi olan Masər Həsənov “Bakı Oskar Festivalı-1”də “Ən yaxşı ssenari”, “Bakı Oskar Festivalı-2” də isə “Ən yaxşı sənədli film” nominasiyaları üzrə qalib olub. “Deja vu” filmi Türkiyə, Rusiya və Rumıniyada keçirilən beynəlxalq festivallarda iştirak edib. Bu film, eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq “START” film festivalında “jürinin rəğbəti” nominasiyası üzrə mükafatalayiq görülüb.

Gənc rejissorun çəkdiyi “Sevgi naminə” qısametrajlı bədii filmi ilə “9th Independent International Internet Short Film Festival”da iştirak edib və birinci dərəcəli laureat seçilib.

 

 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !