Pərviz Ələkbərlinin rəsm işlərindən ibarət sərgi... - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov ) (YENİLƏNDİ)

Pərviz Ələkbərlinin rəsm işlərindən ibarət sərgi... +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov ) (YENİLƏNDİ)

Yanvarın 31-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral- Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov, Millət vəkili Elşad Həsənov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycanın xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri Arif Əziz, Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini Elçin Rzayev,Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, TGTİ-nin sədri Faiq Məmmədov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov, Azərbaycan Respublikasının Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiri Vüsalə Niftəliyeva, rayon ərazisində yerləşən ali və orta ixtisas məktəblərinin Tələbə Gənclər Təşkilatları, KİV nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları ilk öncə Mərkəzin foyesində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Pərviz Ələkbərlinin rəsm işlərindən ibarət sərgi ilə tanış oldular. Sonra qonaqlar Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər.
Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbiri giriş sözü ilə açaraq, 2 fevral Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunduğunu , bu günün 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunduğunu vurğuladı.
Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov öz çıxışında bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq müasir Azərbaycan gəncliyinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi və onlara respublikamızın daha da inkişafı istiqamətində göstərdikləri fəaliyyətində yeni-yeni uğurlar arzuladı.
Millət vəkili Elşad Həsənov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva çıxışlarında ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlərin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynadığını qeyd etdilər və bayram münasibəti ilə gəncləri təbrik etdilər.
Sonda Yasamal rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !