TOPs layihəsi çərçivəsində İsmayıllı rayonu İvanovka kənd tam orta məktəbində İdman Festivalı keçirilib - (+FOTOLAR)

TOPs layihəsi çərçivəsində İsmayıllı rayonu İvanovka kənd tam orta məktəbində “İdman Festivalı ” keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 5-ci mövsümündə İsmayıllı rayonunun İvanovka kənd tam orta məktəbində “İdman Festivalı ” keçirilib.

TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

Ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə TOPs proqramı üzrə təlimlər həyata keçirilib. Bu metodologiya şagirdlərin hərəkət bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına imkan yaradır.

İsmayıllı rayonunun İvanovka kənd tam orta məktəbində keçirilən İdman Festivalında 5-6-7-8 sinif şagirdlərindən 100 nəfər iştirak etmişdir . “İdman Festivalında” şagirdlər müxtəlif idman fəaliyyətlərindən ibarət olan estafetlərdə öz bacarıqlarını nümayiş etdirmiş və musiqili əyləncəli proqramlarla çıxış etmişlər. Festivalda uşaqların çıxışlarını İsmayilli rayon Təhsil Şöbəsinin məsul işçiləri, məktəbin müəllim kollektivi və valideynlər izləmişlər.

Açıq dərsdə iştirak edən layihə rəhbəri Vəli Musayev bildirib ki, TOPs layihəsinin bölgələrdə də uğurla tətbiq olunduğunu görməkdən məmnundurlar:

“Biz çox çalışırıq ki, fiziki tərbiyə dərslərində Böyük Britaniya təcrübəsinə əsaslanan müasir təhsil texnologiyalarını Azərbaycanın bütün məktəblərinə ötürə bilək. İsmayıllıda təşkil olunan bu İdman Festivalı göstərdi ki, belə tədbirlər həm fiziki tərbiyə dərslərinə olan münasibəti, həm də onların erkən yaşlarından idmana bağlılığını daha da artırır. Belə tədbirlərdə şagirdlərin valideynlərinin də iştirak etməsi özü də müsbət haldır ”.

“Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib. 2018-2019 tədris ilində TOPs proqramına əlavə olaraq 100 ümumtəhsil məktəbi qoşularaq Bakı, Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə layihəyə cəlb olunan məktəblərin ümumi sayı 250-yə çatdırılmışdır. Cari tədris ilində TOPs layihəsinə yeni cəlb olunan ümumi təhsil müəssisələrindən 600 nəfərə yaxın fiziki tərbiyə və ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulmuşdur. Müasir təhsil texnologiyasının tətbiqi ilə həyata keçirilən fiziki tərbiyə fənlərindən 100,000 nəfərə yaxın şagirdin faydalanması gözlənilir.”

 

 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !