Azərbaycan ilk dəfə Лiга Смiху 2019 Yumor Festivalında - (+FOTOLAR)

Azərbaycan ilk dəfə “Лiга Смiху 2019” Yumor Festivalında (+FOTOLAR)

24 yanvar-4 fevral tarixlərində Ukraynanın Odessa şəhərində Ukraynanın Beşinci “Лiга Смiху 2019” Yumor Çempionatı keçirilir. Azərbaycan ilk dəfədir ki bu festivalda “Как по Маслу” komandası ilə təmsil olunur. Çempionatda müxtəlif ölkələrdən komandalar iştirak edir,onların arasında Azərbaycan,Belorusiya, Qazaxıstan, Moldova,Rusiya,İsrail,Estoniya, və s.ölkələrin tanınmış və yeni komandaları yer alıblar. Birinci turun nəticələrinə görə festivalda iştirak edən 213 komanda arasınnan, ikinci tura vəsiqə qazanan 58 komandanın arasında Bakının “Как по Маслу” komandasıda var.
31 yanvarda keçirilmiş ikinci turun nəticələrinə əsasən 21 qalib komanda seçilərək 2 fevral tarixində keçirilən Qala konsertdə iştirak edəcəklər. Qala konsert Ukraynanın ən reytinqli 1+1 televiziya kanalı vasitəsi ilə yayımlanacaq. Bu qaliblərin arasında Azərbaycanıda təmsil edən komandanın adı var. Və bu tarixi hadisənin 2 fevral Azərbaycan Gənclər Günü ilə üst-üstə düşməsi çox xoş təsadüf oldu. Qeyd edək ki,şounun aparıcısı Ukraynanın tanınmış şoumeni, produser, kinoproduser, aktoruVladimir Zelenskidir.
Bakının “Как по Маслу” komandası “Azərsun Holdinq” Şirkətlər Qrupunun rəhbərliyinə dərin minnətdarlığını bildirir.
Hörmətlə “Как по Маслу” komandasının mətbuat xidməti.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !