Bakıda faciə — - Gəlin gözəlik salonundan toya yox, məzara getdi (TƏFƏRRÜAT)

Bakıda faciə — Gəlin gözəlik salonundan toya yox, məzara getdi (TƏFƏRRÜAT)

 Toyu olacaq gəlinin ölümünə səbəb olan sürücü azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

Cinayət məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunan Yusibov Teymur Rəsul oğlunun məhkəmə prosesi Nərimanov rayon Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçiriləcək.

İttiham aktına görə, yol-nəqliyyat hadisəsi 2015-ci il iyun ayında baş verib. Zirə qəsəbəsində 29 yaşlı Sail Bədərlinin idarə etdiyi "Hyundai" markalı avtomobil Teymur Yusifovun idarə etdiyi "VAZ" markalı maşınla toqquşub. Qəza zamanı zərbənin təsirində "Hyundai" markalı maşın aşıb.

Nəticədə avtomobildə olan sürücü və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Rüfanə Bədərli ağır yaralanıb. Maşında gəlin paltarında olan 1990-cı il təvəllüdlü Vəsilə Qasım qızı Qurbanova hadisə yerində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Vəsilə Qurbanovanın toyu olmalı idi. O, səhər gözəllik salonuna gedib və bəzənib. Bəy qohumunu və onun həyat yoldaşını gəlini gözəllik salonundan gətirmək üçün göndərib. Qəza da onlar salondan qayıdarkən baş verib.

Onu da qeyd edək ki, Teymur Yusifov hadisə zamanı avtomobili sərxoş vəziyyətdə idarə edib.

Bakə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Teymur Yusifov 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

mənbə: olke.az

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !