...Səni kimsə sevməlidir...Köynəyinin düyməsi düşəndə... - - Rəşad Məcid yazır

...Səni kimsə sevməlidir...Köynəyinin düyməsi düşəndə... - Rəşad Məcid yazır

Son vaxtlar səhər proqramları içərisində ən çox baxdığım Xəzər TV-də Həmid Herisçi və İlhamiyyə Rzanın təqdimatında efirə gedən "Xəzər-səhər" proqramıdı.
Həmidin geniş bilgisi, hədsiz məlumatlılığı onun gündəmdəki hadisələri daha rəngli, maraqlı təqdim etməsinə yol açır. Tarixin dərinliklərinə varır, keçmişlə bugünü müqayisədə götürüb, olaylara özünəməxsus yozumlar verir. Üstəgəl, hadisələrə yaradıcı adam gözüylə, canlı təxəyyüllə baxıb, hərdən şairanə - Həmidanə tərzdə coşması...
Onun bu coşğunluğuna, qaynayan enerjisinə İlhamiyyə xanım rasional yanaşmayla, əsl peşəkar rəftarıyla, kübarcasına yön verir!
Səhər proqramının aparıcılığı baxımından gözəl, uğurlu tandemdir! Səviyyəli, təsirli aparıcılıq örnəyi kimi diqqətimi çəkir, hər dəfə yaxşı mənada, təəccübləndirir...
... Və bir də yadıma düşür ki, 20 il öncə Həmidin “525”də şeirləri çıxmışdı. Fərqli şeirlərdi. Təzə nəfəsi, yeni aurası ilə zehnimdə yer tutdu. Bir sabah həmin şeirlərin bir tanış səslə ifasına oyandım! Onda İlhamiyyə xanım AzTV-də səhər proqramını aparırdı. Hansısa mövzuda fikirlərinin gözünə qatıb Həmidin yeni şeirini söyləyirdi. Təxminən belə: ...Səni kimsə sevməlidir... Köynəyinin düyməsi düşəndə onu kimsə görməlidir...
İndi o qədər də dəqiq xatırlamadığım, amma duyğusu hələ də mənimlə olan bu ruhda misralar... Ən gözəli isə aparıcının bu şeiri məhəbbətlə, xoş heyranlıqla və bir az da kimə yazıldığını bilməsindən doğan qürurla oxumasıydı! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !