MEK Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi təşkil edib - (+FOTOLAR)

MEK Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi təşkil edib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü ilə bağlı sərgi təşkil edib. Sərgidə M.Ə.Rəsulzadənin özünün müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir. Onların sırasında M.Rəsulzadənin əsərlərindən olan “Məktublar, şəfiçilik”, “Azərbaycan şairi Nizami”, “Qafqaz türkləri”, “Çağımızın Səyavuşu”, “Milli Birlik”, “Panturanizm. Qafqaz sorunu”, eləcə də ona həsr olunmuş “M.Ə.Rəsulzadə”, “Cümhuriyyət qurucuları” (Nəsiman Yaqublu), “M.Ə.Rəsulzadə və ana dilimiz” (Mətanət Fərzəliyeva), “M.Ə.Rəsulzadə (1884-1955)” (Aydın Balayev), “İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)” (Əlimərdan Bəy Topçubaşov), “M.Ə.Rəsulzadə (biblioqrafiya)” və başqa kitablar yer alır.

Qeyd edək ki, sərgilənən kitablar Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi fevral ayının 8-dək davam edəcək.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !