İtaliyalı Jurnalistlər Xocavənd rayonunun sakini , iki şəhid anası Sevil Əzizovanı evində ziyarət etdilər - + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

İtaliyalı Jurnalistlər Xocavənd rayonunun sakini , iki şəhid anası Sevil Əzizovanı evində ziyarət etdilər + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

“Askanews” xəbər agentliyinin xarici əlaqələr bölməsinin rəhbəri Orietta Mocatelli, “İl Massaggero” qəzetinin əməkdaşı Resella Fabinai, “Radio Radicale” radiosunun jurnalisti Giueseppe Erminio Di Leo və “Agenza Nova” informasiya agentliyinin müxbiri Palombarodan ibarət italiyalı media nümayəndələri Xocavənd rayonuna səfər çərçivəsində Xocavənd rayonunun Qaradağlı kəndindən olan Sevil Əzizovanın mənzilinə baş çəkdilər. Alov və Atəş adlı iki övladı Vətən uğrunda şəhid olan Sevil əzizova Qaradağlı faciəsi haqqında jurnalistlərə geniş məlumat verdi. Jurnalistlərin suallarını cavablandıran Sevil ana - "Oğulları torpağımızı, Vətənimizi, anaları qorumaq üçün böyüdürük. Biz onlarla fəxr edirik. Bilirik ki, Dövlət başçısının siyasəti nəticəsində torpaqlarımız azad olunacaq, öz yurd-yuvamıza qayıdacağıq. O zaman bizim şəhidlərimizin ruhun rahatlıq tapacaq. Ancaq lazım gəlsə, Ali Baş Komandanımız əmr versə, bir oğlum var, onu da şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad etmək üçün döyüşə göndərməyə hazıram. Bunu bütün şəhid anaları adından deyirəm" -deyə bildirdi. Şəhid anası məcburi köçkünlər üçün yaradılan şəraitə görə ölkə rəhbərliyindən razılığını dilə gətirdi. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !