Gəlin teatra gedək... - (+FOTOLAR)

Gəlin teatra gedək... (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Teatrın təbliği yönündə ard-arda bir neçə tanıdıcı və maarifləndirici xarakter daşıyan layihələr gerçəkləşdirən Sumqayıt Dövlət Dram Teatrı bu qəbildən daha bir aksiyanı uğurla həyata keçirdi.

“Gəlin teatra gedək” devizi ilə gənc və orta yaş nəsil nümayəndələrinin həftəsonu istirahətlərinin bir neçə saatını məhz teatra ayırmalarını təmin etmək məqsədilə başladılan bu yeni layihə çərçivəsində müxtəlif yaş kateqoriyasını nəzərə alaraq repertuar planı hazırlanıb. Bu repertuar planı barədə şəhərin bütün sosial təbəqəsindən olan insanlarını məlumatlandırmaqdan ötrü əhalinin sıx toplaşdığı məkanlarda, ictimai nəqliyyatlarda , sosial şəbəkələrdə reklam çarxları yayımlanır. Sosial media platformlarında davamlı olaraq teatrsevərlərin qatıldığı “könüllülər” qrupunda aparılan PR kompaniyası da müsbət nəticələrini vernməkdədir.

Beləliklə, yeni layihəyə əsasən Sumqayıt Dövlət Dram Teatrında hər ay mütəmadi olaraq həftəsonları fərqli janrda tamaşalar nümayiş etdiriləcək. Layihə çərçivəsində ilk tamaşalar 26.01.2019 tarixində və bugün 27.01.2019, saat 18:00-da göstərildi. 26 yanvar oynanılan Con Patrik “Qarını öldürməliyik?” psixoloji dramında rolları əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Sədaqət Nuriyeva, İzaməddin Bağırov, Cəlal Məmmədov və aktyor Yalçın Səlimov ifa edir. Tamaşanın quruluşçu rejissoru Tatyana Şevçenko, quruluşçu rəssamı Elena Karpenkodur. Bugünsə xalq artisti Firudin Məhərrəmovun quruluşunda Turqut Özakmanın “Ocaq” əsərinin səhnə versiyası tamaşaçıların diqqətinə çatdırıldı. Tamaşada əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, Xatirə Süleymanova, Fəranə Musayeva, aktyorlar Şəhla Məmmədova, Şəmistan Süleymanlı və Oktay Mehdiyev rol aldı. Tamaşalar maraqla qarşılandı.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !