Qusar rayonunda Gənclər gününə həsr olunmuş yarış keçirilib - (+FOTOLAR)

Qusar rayonunda Gənclər gününə həsr olunmuş yarış keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 2 fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar olaraq Qusar rayon Gənclər və İdman İdarəsi və Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərin iştirakı ilə Xəmsə oyunu üzrə “Gənclik kuboku” turniri keçirilib.

Qusar şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qusar şəhər məktəblərinin, eləcə də Balaqusar, Urva və Həsənqala kənd məktəblərinin 10 komandası mübarizə aparıb.

Tədbirin rəsmi hissəsində çıxış edən Qusar rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sevil Dəmirova və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş “2 fevral – Azərbaycan Gəncləri Günü”nün tarixindən danışmış, hazırda cənab Prezident İlham Əliyev tərəfindən gənclər siyasəti istiqamətində aparılan uğurlu fəaliyyətlərdən söhbət açıblar.

Rəsmi hissədən sonra 3 yarım qrupda yarışna komandaların mübarizəsində Qusar şəhər 1 saylı tam orta məktəbinin “Dose mo Pente” komandası birinci, eyni məktəbin “Pentaqon” komandası ikinci, Qusar şəhər 6 saylı tam orta məktəbinin “Birlik” komandası isə üçüncü yeri tutublar.

Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok və diplomlarla mükafatlandırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !