Lənkəranda general Həzi Aslanovun xatirəsi anılıb - + FOTOLAR (Azpress.AZ – Ağaddin Babayev)

Lənkəranda general Həzi Aslanovun xatirəsi anılıb + FOTOLAR (Azpress.AZ – Ağaddin Babayev)

Hərb sənətimizin şöhrəti, xalqımızın cəsur oğlu, İkinci Dünya Müharibəsinin görkəmli sərkərdələrindən biri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. AZpress.AZ xəbər verir ki, tədbir yanvarın 24-də qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində baş tutub.
Şəhər 3,4,5,9 saylı, Sütəmurdov, Hirkan, Kənarmeşə və s. kənd tam orta məktəblərin müəllim və şagird kollektivlərinin, ziyalıların, ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbirdə qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri şəhər 5 saylı məktəbin müəllimi Ağacəfər Fətullayev açaraq görkəmli sərkərdənin həyat və döyüş yolundan danışıb. Şəhər 5 saylı məktəbin gənclərin çağrışaqədərki hərbi hazırlıq müəllimi, ehtiyatda olan mayor Bəxtiyar Qasımov qəhrəmanın şərəfli ömür yolundan, müharibədə göstərdiyi qəhrəmanlığından söz açaraq bu gün gənclərin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə olunmasında generalın döyüş yolunun öyrənilməsinin vacibliyini də vurğulayıb.
“Həzi burda doğrulub” ədəbi-bədii kompazisiyanın sonunda məktəblilər Qəhrəmanın büstü önündə Azərbaycan şairlərinin Həzi Aslanova həsr etdikləri şeirləri və mahnıları ifa ediblər.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !