Kimlərə duzlu yemək və şoraba olmaz? -

Kimlərə duzlu yemək və şoraba olmaz?

 Duzlu qidalar və şoraba çox insanların vazkeçilməz qidası olub. Həkimlər bir qrup insanlar var ki, onlara ümumiyyətlə, duzlu qidalar qadağan edilməlidir.

AZpress.AZ  xəbər verir ki, Medicina.az hansı qrup insanlara hansı səbəbdən duzlu qidaların neqativ təsir etdiyini araşdırıb.

-Artıq çəkisi olanlar, arıqlaya bilməyənlər, piylənmədən əziyyət çəkənlər – duz bədəndə mayeni tutub saxladığına görə, bu insanlarda artıq çəki problemi həll olmur, şişkinlik olur

-Yüksək təzyiqi olan xüsusən yaşlı insanlar – bədəndə artıq mayenin toplanması təzyiqi artırır

-Duzlu qidalar damarların keçiriciliyini azaldır, qan axınını pozur, ateroskleroz yaradır. Bu da xəstə, yaşlı insanlarda infarkt, insult riskini artırır

-Varikoz, venoz damar problemi olanlarda da çox duz damarları sıradan çıxarır

-Şəkər xəstəliyi olanlara – bu xəstəlik ağırlaşmaları çox olduğundan duz da bir tərəfdən bunu sürətləndirir

O ki, qaldı sutkalıq duz norması barədə fikirlərə. Əvvəllər sutkada 10 qr idisə, indi 5-6 qr-a endirilib.Bunu da nəzərə alın ki, marketlərdən aldığınız bir çox qida və ərzaqlarda da duz olduğu üçün siz duz normasını dəqiq bilməyəcəksiz. Qablaşdırılmış ərzaqların çoxunda isə duzun miqdarı göstərilmir.

Yüksək təzyiqdə həkimlər natriy-xlor əvəzinə xlorid-kaliy istifadə etməyi məsləhət görür. Bu duz xörək duzundan heç nə ilə fərqlənmir, amma orqanizmdə mayeni tutub saxlamır.

Xörək duzuna digər alternativ də dəniz duzudur. Bu duzu da çəkinmədən alıb istifadə edə bilərsiz.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !