Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu adlı Layihə başa çatıb - (+FOTOLAR)

“Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu” adlı Layihə başa çatıb (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Tanımış İctimai fəal Samir Pənəliyev Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu” adlı layihənin icrasını yekunlaşdırıb. Layihə çərçivəsində sonuncu tədbir Şəmkir rayonu, Kür qəsəbəsi, H.Z.Tağıyev adına tam orta məktəbdə baş tutub. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov Gənc nəslin milli ruhda tərbiyə edilməsinin vacib olduğunu bildirib.Qeyd edibki Milli –mənəvi dəyərləri qorumaq,onlara sahib çıxmaq,gələcəy nəsilərə ötürmək cəmiyyətin qarşısında dayana ən mühüm vəzifələrdən biridir. E.İsmayılov analoji layihələrin bu məqsədə xitmət etdiyini deyib.

 

Layihənin rəhbəri Samir Pənəliyev Azərbaycan gənclərinin cəmiyyətin ictimai-siyasi həyatında fəal rol oynadığını bildirib. Natiq Dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənc nəsil hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Azərbaycanda gənclərin potensialının üzə çıxması üçün hər cür şərait var. Bu isə ilk növbədə onunla bağlıdır ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyasətin icra olunmasında isə Gənclər Fondu böyük uğurlara imza atır Xüsusilə Gənclər Fondunun icraçı direktoru cənab Fərid Cəfərova öz təşəkkürün bildirib ki, biz gənclərin ictimai fəaliyyətinə bu cür şərait və imkan yaradır. deyə layihə rəhbəri qeyd edib.

 

Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə məktəblilər arasında oxu mədəniyyətinin təbliğinin vacib olduğunu deyib. Bildirib ki yalnız mütaliə yolu ilə intellektual cəmiyyətə çevrilmək mümkündür: “Təkcə təhsil müəssələri deyil, valdeynlər özləri də yeniyetmə və gənclər arasında oxu vərdişlərinin formalaşmasının qeydinə qalmalıdırlar. Uşaqları hələ erkən yaşlarında folklor nümunələri ilə tanış etmək lazımdır. Yeniyetmə və gənclərin ədəbi-estetik zövqünün düzgün formalaşması onların gələcək uğurlarını stimullaşdıra bilər”.

Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatının baş mütəxəssisi Tural Əliyev yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərlərin təbliğində cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıb. Baş mütəxəssis tanınmış ziyalıların, nüfuzlu ictimai xadimlərin bu prosesdə iştirakını müsbət qiymətləndirib.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !