AMEA-nın alimləri bir neçə rayonda çöl tədqiqatları aparıblar - (+FOTOLAR)

AMEA-nın alimləri bir neçə rayonda çöl tədqiqatları aparıblar (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, AMEA-nınGenetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimyaİnstitutu,Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişaf Fondu və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı iləŞəki, Tərtər, Goranboy, Göyçay və Ağdaş ərazisində torpaqların ilkin vəziyyətini müəyyənləşdirmək məqsədilə bir qrup əməkdaş çöl-tədqiqatlarının aparılması üçünhəmin rayonlarda ezamiyyətdə olub.

Əməkdaşlar tərəfindən Şəki rayonunda 23 fermerə məxsus təsərrüfatda taxıl bitkiləri altında 0-30,30-60,60-90 sm-lik qatlardan torpaq nümunələri götürülüb, bəzi analizlər birbaşa sahədə, digər analizlər isə laboratoriya şəraitində yerinə yetirilib. Göyçay rayonunda 2,Ağdaş rayonunda 1, Tərtər rayonunda 29, Goranboy rayonunda 22 fermer təsərrüfatında buğda, arpa sahələrində 153 torpaq nümunəsində duzların miqdarı, torpağın nəmliyi və digər göstəricilər müəyyən edilib.

AKTN-ninMeyvəçilikvə Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay rayonunda yerləşən elmi-tədqiqat təcrübə məntəqəsində AMEA-nın Torpaqşünaslıq və Aqrokimyaİnstitutunun nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, adı çəkilən məntəqənin əməkdaşları və fermer təsərrüfatının işçiləri birlikdəxarakterikyerdə torpaq kəsimi qoyublar.

İlkin olaraq həmin kəsimdən qatlar üzrə nümunələr götürülüb, "Palitest", "Solomer", "ECO ES-TesterManual", "Vlaqomer", "KonduktometrPh-metr (Ph 3000)" və başqa cihazlarla təchiz olunmuş Mobil Aqrar Tədqiqatlar laboratoriyasında torpaqda nitrat, azot, fosfor və duzların miqdarı, həmçinin torpağın nəmliyi, temperaturu, qələviliyitəyin edilib.

Bunda əlavə Cəyirli kəndində və Aqrar İnkişafı Mərkəzində yerləşən artezian sularında, Yuxarı Şirvan kanalı və şəhərdə istifadə olunan sularda, Qarayazı kəndində olan göl sularındabu proseslər aparılıb. Aparılan ilkin analizlər nəticəsində suvarma və artezian sularının qələvilik və minerallığı müəyyən edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !