Pakistanın Morning Mail qəzetində 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə dərc olunub -

Pakistanın “Morning Mail” qəzetində 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə dərc olunub

Məqalədə Sovet ordusu tərəfindən 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə başlayan və 3 gün davam edən 20 Yanvar qırğınının Azərbaycanın müasir tarixinin ən önəmli hadisələrindən biri olduğu vurğulanmış, qırğının ermənilərin etnik təmizləmə siyasətinə etiraz edən və azadlıq istəyən Azərbaycanlılara qarşı Sovet rəhbərliyinin riyakar davranışının təzahürü olduğu diqqətə çatdırılmışdır.

Müəllif ifadə etmişdir ki, 1990-cı ilin yanvar ayınadək Ermənistanda yaşayan bütün Azərbaycanlıların öz yurdlarından qovulmasına baxmayaraq, Azərbaycanda yaşayan ermənilərin öz normal həyatına davam etdiyi bir şəraitdə Sovet rəhbərliyinin ermənipərəst siyasəti Azərbaycanlıların qəzəbinin getdikcə artırmış, Sovet rəhbərliyi isə, bu dinc nümayişlərə əvvəlcədən hazırlanmış əməliyyat planı əsasında qanlı hücumla cavab verməklə, müxtəlif yaşlardan və etnik qruplardan 147 nəfərin öldürülməsinə, 841 nəfərin yaralanmasına, 5 nəfərin isə, itkin düşməsinə səbəb olmuşdur. Lakin, bu qırğın Azərbaycan xalqının iradəsini sındıra bilməmiş, əksinə onun müstəqillik ideallarının daha da qətiləşməsinə təkan vermişdir. Xalq 40 gün müddətinə işə getməməklə Sovet İmperiyasının cinayətinə öz etirazını bildirmişdir. 1 milyondan artıq insanın iştirakı ilə şəhidlər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın Ali Söveti xüsusi sessiya keçirərək Sovet ordusunun törətdiyi qırğını məhkum etmişdir.

Məqalədə Azərbaycan Televiziyasının enerji blokunu partlatmaqla Azərbaycan və dünya ictimaiyyətinin hadisədən xəbərdar olmamasına çalışan Sovet rəsmilərinin buna müvəffəq olmadığı, beynəlxalq təşkilatların qırğını sərt şəkildə pislədiyi oxucuların nəzərinə çatdırılmışdır.

Müəllif, həmçinin 20 Yanvar qırğınının Azərbaycan baxımından nəticələrinə də toxunmuş, qırğından sonra Azərbaycanın artıq SSRİ tərkibində yaşamasının mümkün olmadığının açıq-aydın göründüyünü, Azərbaycanın Ali Sovetinin 18 oktyabr 1991-ci ildə “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edərək, öz istiqlaliyyətini elan etdiyini, 1994-cü ildə isə, Azərbaycan Respublikası Milli Məclisinin 20 Yanvar Qırğınına tam siyasi və hüquqi qiymət verdiyini bildirmişdir.

Məqalənin yekununda xüsusilə qeyd olunmuşdur ki, müstəqilliyə gedən yolda Azərbaycanın ilk şəhidlərindən olan 20 Yanvar şəhidlərinin fədakarlığını daim əziz tutaraq, 20 Yanvar tarixini “Şəhidlər günü” kimi qeyd edən Azərbaycan xalqı hər il Şəhidlər Xiyabanını ziyarət edir. Bu il də harada yaşamasından asılı olmayaraq, bütün Azərbaycanlılar 20 Yanvar hadisələrinin 29-cu ildönümünü qeyd edəcəkdir.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !