20 yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş sərgi keçirilib - +FOTOLAR ( AZpress.AZ - Minə Türksoy )

20 yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş sərgi keçirilib +FOTOLAR ( AZpress.AZ - Minə Türksoy )

AZpress.AZ xəbər saytının məlumatına əsasən bildiririk ki, 21 yanvar 2019 -cu il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində açılan rəsm sərgisi 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə təşkil olunub. Həqiqətən 20 Yanvar faciəsi Azərbaycan tarixinin qanlı səhifəsidir. Bu, demokratik və inkişaf yolunda olan xalqımıza qarşı qəddar münasibətin göstəricisi idi.
Azpress.az saytının məlumatına istinadən bildirir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin rəisi, Əməkdar artist Cabir İmanov sözügedən sərginin açılış mərasimində deyib. Bildirib ki, sərgi faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, ölkəmizin azadlığı uğrunda canından keçən həmvətənlərimizin qəhrəmanlıq yolunu gənc nəslə örnək olaraq göstərir.
“Ekspozisiyada Mədəniyyət Mərkəzinin tabeliyində olan rəsm dərnəyinin üzvlərinin əsərləri sərgilənir. Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda Vətən... Sərgidə gördüyümüz işlər balacaların o faciənin şahidi olmamalarına baxmayaraq, Vətənin faciəsini olduğu kimi, dəqiq təsvir etməklə tablolara köçürmələri olduqca təsirlidir, mükəmməldir. Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirəm”, - deyə C.İmanov bildirib.
Rəsm dərnəyinin müəllimləri Mərziyyə Kərimli, Reyhan Osmanova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova sərginin əhəmiyyətindən söz açıb, təqdim olunan əsərlərin məna və məzmun baxımından heyranlıqla qarşılandığını vurğulayıblar.
Qeyd edək ki, sərgidə dərnəyin 30-dan çox üzvünün əsərləri nümayiş edilir. Sərgi bir həftə ziyarətçilər üçün açıq qalacaq.
Tədbir çərçivəsində balacalar tərəfindən vətənpərvərlik ruhunda bir sıra şeirlər səsləndirilib.
Sonda əsərləri sərgilənən balacalara mədəniyyət mərkəzi tərəfindən diplomlar təqdim olunub.


AZpress.AZ,Minə Türksoy 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !