20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi... - +FOTOLAR ( AZpress.AZ - Sadıq Əliverdibəyli)

20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi... +FOTOLAR ( AZpress.AZ - Sadıq Əliverdibəyli)

AZpress.AZ xəbər verirki, hər il ölkəmizdə və xaricdə Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilir. Tariximizə qanla yazılan bu əlamətdar gün Azərbaycan xalqı tərəfindən milli qürur günü kimi də qəbul olunur.
20 Yanvar hadisələrinin ildönümü ərəfəsində ölkəmizin bütün mədəniyyət ocaqlarında müxtəlif tədbirlər keçirilir, tamaşalar, filmlər nümayiş olunur, sərgilər təşkil edilir.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Yanvarın 29-cu ildönümünə həsr olunan xatirə tədbiri keçirildi.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov, nazirliyin kollektivi, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Gecədə Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Volfqanq Amadey Motsartın “Rekviyem” əsəri səsləndirildi. Tədbirdə həmçinin, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova), əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Əliəhməd İbrahimov, Anton Ferştandt çıxış etdilər.
Təqdim olunan musiqi nömrələri Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsinə ehtiramın ifadəsi idi.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !