Qafqazşünaslıq İnstitutunda 20 yanvar anım gününə həsr edilmiş dəyirmi masa keçirilmişdir - (+FOTOLAR)

Qafqazşünaslıq İnstitutunda 20 yanvar anım gününə həsr edilmiş dəyirmi masa keçirilmişdir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım günü münasibəti ilə Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açmışdır. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. M.Qasımlı 20 Yanvar hadisəsinin səbəblərini, həyata keçirilməsi üsullarını və nəticələrini izah etmiş, onu həm hüzn, həm də qəhrəmanlıq səhifəsi kimi səciyyələndirmişdir. Bildirmişdir ki, həmin hadisəyə ilk qiyməti Ümummilli lider Heydər Əliyev Moskvada keçirdiyi mətbuat konfransında vermişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz şəhid ailələrinə xüsusi qayğı göstərir.

İnstitutun elmi işlər üzrə direktor müavini t.ü.f.d.,dos Ramilə Dadaşova çıxış edərək bildirmişdir ki, sovet ordusu tərəfindən 1990-cı il 20 Yanvar hadisələrinin törədilməsində əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur.Ermənişünaslıq şöbəsinin müdiri t.e.d. Qasım Hacıyev öz çıxışında qeyd etmişdir ki, 20 yanvarda törədilən qətl hadisələri azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, xalqın azadlıq, müstəqillik uğrunda mücadiləsi daha da gücləndirmişdir.Gürcüstanşünaslıq şöbəsinin müdiri f.ü.f.d. Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri t.ü.f.d. Elnur Kəlbizadə, elmi katib psixol.ü.f.d. Südabə Hüseynova,Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, İnstitutun əməkdaşı Aydın Eyvazovöz çıxışlarında 20 Yanvar hadisəsinin müxtəlif tərəfləri haqqında danışmışlar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !