AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - (+FOTOLAR)

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə institutun “Təhsil” şöbəsinin müdiri, r.e.d., professor Ədalət Axundov açaraq 1990-cı ildə baş vermiş hadisələri tədbir iştirakçıları ilə bölüşüb. O, çıxışında həmin qanlı gecənin milli iradəmizin şanlı-şərəfli bir salnaməsi, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını isə xalqımız üçün müqəddəs and yeri olduğunu qeyd edib.

Sonra “Funksional analiz” şöbəsinin müdiri, f-r.e.d., professor Həmidulla Aslanov, Qarabağ müharibəsi veteranı, “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat elmləri doktoru Telman Qasımov, “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri, f.-r.e.n, dosent Əli Babayev öz fikirlərini bölüşərək qanlı yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq eşqini söndürə bilmədiyini, əksinə şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacağını vurğulayıblar.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun aspirantı olmuş, xalqın igid övladı – şəhid Yusif Sadıqovun fədakarlığı məhəbbətlə xatırlanıb. Onun və bütün şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla anılıb və bir dəqiqəlik sükutla yad edilib.

Aynurə M. Cəfərova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !