Həyəcan və narahatlıq... - - Maarif Soltan

Həyəcan və narahatlıq... - Maarif Soltan

Ələkbər Salahzadə demiş: O güllə yağışında biz də düşə bilərdik oda.

Sən də, mən də, o da. O gün səhər ertədən qayıtdıq Bakıya. Azər Abdulla və Əli Həsənovla neçə gün idi cəbhə bolgəsində idik. Evə tələsirdim - bir az yatıb dincəlim,sonra təəssüratımı isti-isti köçürdüm kağıza. O vaxt yatanda da televizoru söndürmürdük - nəsə bir xəbər ola bilər. Televizor söndü. Hamı həyətdəydi. O günlərin ən çox işlənən sözü "şaiyə" idi. Televizor, qəzetlər gündə yüz dəfə xəbərdarlıq və məsləhət verirdi: "Şaiyələrə uymayın!" Mən şaiyələri sevmirdim, ona görə də qonşulardan Qubadın "başını bişirib" üz tutduq MK-nın qabağına. Adam 200-300 nəfərdən artıq olmazdı. Tanış yazı-pozu adamları da çox idi, meydandan tanıdıqlarım da. Qorxu deyilən şey yox idi. Amma hamı elə bil nəsə gözləyirdi. Saat 23-dən sonra "şaiyələr" gəlməyə başladı. Həyəcan və narahatlıq da başladı. Gülləbaran edilmiş bir neçə yük maşını gətirib barrikada qurmağa başladılar. Çox yaraşıqlı, hündürboy, bahalı geyimdə iki gənc sevgili bayaqdan diqqətimi cəlb etmişdi. Deyəsən, tək mənim yox, elə hamının. Hiss olunurdu ki, yenicə ailə qurublar. Get-gedə həyəcan çoxalırdı... Onların tükü də tərpənmirdi. Çox mehriban, çox məğrur dayanmışdılar. Mən artıq gözümü onlardan çəkmirdim, bəlkə də çəkə bilmirdim. Dua edirdim, yalvarırdım: " İlahi, bunlara qıyma, İlahi, bunlara kömək ol, İlahi, düşmən gülləsi bunlara dəyməsin, İlahi..." Onlarsa eləcə şux dayanmışdılar! Məninm də naqis çəhətlərim var, amma məndə paxıllıq hissi yerli-dibli yoxdur. Yuxarı təbəqəyə, imkanlı adamlara bir inamsızlıq, bir ögeylik hissi vardı məndə, o gecə o çavanlar onu da tarı-mar etdilər. Bütün pullulara, imkanlılara rəğbətim artdı, onlar da doğmalaşdılar, bu sevgililərin timsalında onları da sevməyə başladım..."Allah, bunları sən özün qoru. Allah, məni öldür, bunlara dəymə!" Mirzə Xəzərin naləsi gələndə mən hönkürdüm... Onlar da sıxıldılar bir-birinə... Allah dualarımı eşitdi, onlara dəymədi, onları hifs edib qorudu. Allah onlara görə məni də, ordakıları da qorudu - orda düşmənin tankı, topu, avtomatı pas atdı - atmadı...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !