Lənkəran şəhidləri haqqında sənədli film... - (+VİDEO)

Lənkəran şəhidləri haqqında sənədli film... (+VİDEO)

1ci mətin


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralanandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis əməkdaşları olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.


2ci mətin


Sovet ordusu 1990-cı il yanvarın 20-də Bakıda qırğın törətdikdən sonra Azərbaycanın bölgələrinə tanklar yeritdi. Yanvarın 24-də Cəlilabad rayonunda həbslər aparıldı,yanvarin 25-də Neftçala rayonunda iki nəfər qəhrəmancasına həlak oldu. Ertəsi gün isə sovet ordusu Lənkəran şəhərinə daxil oldu. Rus ordusunun burada törətdiyi vəhşiliklər nəticəsində 6 nəfər rayon sakini şəhid oldu. Həmin günlərdə Lənkəranda demək olar ki, hər gün Sovet hakimiyyətinə qarşı etiraz mitinqləri keçirilirdi. Meydana toplaşan Lənkəranlıları qorxutmaq üçün helikopterlər səmaya qaldırılsa da əhali bundan çəkinmədi. Bütün bunları görən sovet ordusu Bakıda, Cəlilabadda və Neftçalada həyata keçirdiyi qırğını Lənkəranda da təkrarlamağa çalışdı. Bundan xəbər tutan Azadlıq hərəkatının üzvləri şəhərdə böyük qırğın yaşanmasın deyə Haftoni meşəliyinə çəkildilər. Çoxlu sayda hərbi qüvvə isə ağır texnikalarla onları mühasirəyə aldı. Şahidlərin dediklərinə görə, şəhərin mühasirəsinə 3 minə yaxın hərbiçi cəlb edilmişdi. O vaxt baş verənləri ölümün gözünə dik baxaraq Lənkəran sakinləri qəhramanlıq dəstanı yazmışdılar

3cü mətin (Operator qabağ)


Həmin gecə 5 nəfər Haftoni meşəliyində xüsusi qəddarlıqla qətlə yetirildi. Həbs olunanlardan biri isə helikopterlə Bakıya aparılarkən yolda boğularaq öldürüldü. Lakin o vaxtki hüquq mühafizə orqanları və hərbi rejim bununla da kifayətlənmədi. Azadlıq hərəkatının səsini tam boğmaq üçün baş verənləri lentə alan Vaqif Ayağevdən kasetləri almaq istəyirdilər. Lakin qırğınlara, sovet rəhbərliyinin cəhdlərinə baxmayaraq artıq insanların haqq səsini, azadlıq istəyini boğmaq mümkün olmadı. Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən bu qırğınlarda xalqımız qurbanlar versə də mübarizə əzminin qırılmaz olduğunu,bir yumruq kimi birləşib böyük imperiyaya qarşı çıxmaq gücünə belə malik olduğunu sübut etdi

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !