20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

“20 Yanvar” faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı altında 18 yanvar 2019-cu il tarixində Muzey Mərkəzinin akt zalında “20 Yanvar” faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Babaoğlu, tarix elmləri doktoru Qasım Hacıyev, 20 yanvar şəhidləri Ülvi Bünyadzadənin və Yusif Sadıqovun doğmaları qanlı Yanvar gecəsinin dəhşətlərindən danışmışlar. Həmçinin tədbir çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Gənclərin Respublika bədii yaradıcılıq evinin üzvlərinin hazırladığı ədəbi –musiqili kompozisiya təqdim olundu və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən 20 yanvar hadisələrini əks etdirən video – çarx, sənədli film nümayiş etdirildi.
Sonda tədbir iştirakçıları Azərbaycan İstiqlal Muzeyinin təşkil etdiyi “Tarixləşən yaddaşımız” adlı sərgi ilə tanış oldular.
Şəhid ailələri, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının və Hərbi Dəniz Qüvvələrinin əsgərləri, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri , muzey əməkdaşları, media nümayəndələri tədbirdə iştirak etmişlər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !