Tərəqqi gəncliyin inkişafı ictimai birliyi tərəfindən Lənkəranda təlim keçirilmişdir - (+FOTOLAR)

“Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən Lənkəranda təlim keçirilmişdir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 16 yanvar 2019-cu ildə, Lənkəran gənclər evində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən icra olunan layihənin növbəti təlimi keçirilmişdir.

Bu barədə məlumat verən “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri və layihə rəhbəri Raci Səfərov bildirmişdir ki, təlim Azərbaycan Respublikasının Gənclər fondunun maliyyələşdirdiyi “Region gənclərinin start-up layihələrinin yazılması bacarıqlarının artırılması” layihəsi çərçivəsində, Lənkəran Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə, 25 nəfər gəncin iştirakı ilə reallaşmışdır. Tədbirdə ali və orta-ixtisas məktəblərinin tələbələri və məzunları, iş həyatına yenicə başlayan gənclər təmsil olunmuşdur.Təlimin əvvəlində layihə rəhbəri tərəfindən donor haqqında məlumat verilmiş, gənclərə layihənin əhəmiyyəti vurğulanmışdır. Təlimdə iştirak edən Lənkəran Gənclər və İdman İdarəsinin Rəis müavini Elbəy Fətəliyev çıxış edərək qeyd etmişdir ki,” bu cür layihələrin reallaşması Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi 2017-2021-ci illərdə Azərbaycan gəncliyinin inkişafı proqramında əks olunmuş müddəalarla uyğunluğu gənclərin innovativ-kreativ ideyalarının reallaşdırılmasına dəstəy göstərməkdir.Günümüzdə bu cür layihələr region gəncləri arasında yeniliklərin təbiqi və iş yerlərinin açılmasında mühüm rol oynayacaqdır.”

Təlimi beynəxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə etmişdir. Təlim zamanı gənclərə “start-up biznes nədir, onun əhəmiyəti, start-up biznesplanların hazırlanması və strukturu, GZİT təhlili ” mövzularında məlumat verilmiş,öz şəxsi təcrübəsindən gənclərə start-up bizneslər təqdim olunmuşdur.İştirakçılar qrup işi kimi komandalara bölünərək yaradıcı təkliflər səsləndirmişdir və start-up layihələri ətrafında geniş müzkirələr aparılımışdır. .Təlimin sonunda iştirakçılara sertifikatlar verilmiş və birlikdə xatirə şəkli çəkilmişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !