İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği ... - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lerik)

“İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği”... + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lerik)

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonunun Vizəzəmin kənd məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə çərçivəsində rayonun Bibiyani kənd məscidində maarifləndirici tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında ölkəmizdə hökm sürən milli-mənəvi və vətəndaş həmrəyliyinin, eləcə də, etnik-dini tolerantlıq mühitinin xalqımızın mütərəqqi tarixi ənənələrindən qaynaqlandığını qeyd edib. Dini radikalizm və onun fəsadlarından danışan A.Həsənov keçirilən tədbirlərin əsas məqsədinin milli-mənəvi dəyərlərimizin təbliğ edilməsi olduğunu diqqətə çatdırıb.
Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev çıxışında İslam dininin sülhpərvər mahiyyət daşıdığını, həmrəylik və bərabərlik dini olduğunu vurğulayıb.
Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov, Bibiyani kənd məscidi dini icmasının sədri Məhəmməd Pirhəsənov, Vizəzəmin kənd məscidinin mütəvəllisi Rəsul hüseynov çıxışlarında İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyətini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !