KƏDƏR VƏ ZƏFƏR GÜNÜ... - - Rafael Hüseyn (+ViDEO)

KƏDƏR VƏ ZƏFƏR GÜNÜ... - Rafael Hüseyn (+ViDEO)

Həmin gecə iblislərin əsəri idi.
Zaman keçdikcə o gecənin indiyədək bilmədiyimiz hansısa sirləri də açılacaq, böyük məkrin xeyli naməlum ayrılntıları da üzə çıxacaq.
Biz o gecənin içindən keçib gəlmişik.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, onun ardınca yaşanan həyəcan dolu günlər yalnız o hadisələrin şahidlərinin ömrünün anları deyil ki!
O günlər lap çoxdan bütöv millət tarxinin ibrətli səhifələrinə çevrilib.
Dönə-dönə qayıdılmalı, dərslər alınmalı, hər anı müdam anılmalı, heç vəchlə unudulmamalı kədərli və şərəfli tarix.
Yıxılabilməz, çökdürülməz hesab edilən Sovet İttifaqının beli o gecə sındı.
Əslində SSRİ-nin dağılması da, bizim və 70 il sovet pəncəsində yaşamağa məhkum qalmış digər respublikaların müstəqilliyinin səhəri də o gecədən açıldı.
İstiqlal salnamələri heç vaxt yalnız mürəkkəblə, qələmlə, ya indinin digər vasitələriylə yazılmaz.
Millətlərin yaddaşına və ürəyinə yazılan istiqlal tarixçələrinin hansını açsan orda şəhid qanlarından, qəhrəman ruhlardan nişanə taparsan.
Hər gecə müstəqil Azərbaycanda, rahat evinizdə, hətta lap narahat bir şəraitdə, amma sahibinin özünüz olduğunuz müstəqil bir yurdun içərisində yuxuya dalmazdan öncə canını bu istiqlal naminə qurban verərək əbədi uyğuya dalmış tanıdığınız və tanımadığınız bütün Vətən övladlarını sayğıyla xatırlayın.
Onların şərəfli qatarında 1990-cı il 20 yanvar gecəsi şəhidlərinin də əziz surətləri var.
Nigaran ruhları şad olsun!
Millətimiz yaşasın!

Yanvarın 20-də saat 21.30-da AZərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək "Axşam görüşləri" 20 yanvar şəhidlərinin xatirəsinə həsr ediləcək. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !