Gəl qohum olaq yeni versiyada Sumqayıt Dövlət Dram Teatrında... -

“Gəl qohum olaq” yeni versiyada Sumqayıt Dövlət Dram Teatrında...

Sumqayıt Dövlət Dram Teatrı 2019-cu ildə, özünün 50-ci mövsümündə repertuarına bir neçə fərqli janrlı tamaşa daxil etmişdir. Belə ki, hazırda A.Şaiqin “Danışan gəlincik” əsərinin məşqləri ilə bərabər tanınmış dramaturq İsi Məlikzadənin "Gəl qohum olaq" komediyasının yeni versiyası üzrərində məşqlərə də start verilmişdir.
Tamaşanın quruluşçu rejissoru respublikanın xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimovdur. Vəziyyət komediyasında maraqlı hadisələr bir-birini əvəz edir. Quruluşçu rejissor aktyorların improvizə etmələrinə də şərait yaradan mizanlar üzərində işləyir. Şən musiqilər və koloritli dekorasiya tamaşaya xüsusi effekt verəcəkdir.
Rollarda teatrın gənc və orta nəsil aktyorları Aynur Hümmətova, Firuzə Şərifova, Şəmistan Süleymanlı, Elay Xasiyev, İlqar İbrahimov, əməkdar artist Fəranə Musayeva, həmçinin xalq artisi Valeh Kərimov çıxış edəcəklər. Rejissor assistenti Fazilə Rzayevadır.
Qeyd edək ki, yeni tamaşa bu ilin fevralında təhvil veriləcək.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !