Tarixilik və ailə dəyərləri mövzusunda tədbir keçirilib - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

“Tarixilik və ailə dəyərləri” mövzusunda tədbir keçirilib + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icması 17 yanvar 2019-cu il tarixdə Ağcabədi rayonu Muğanlı kənd məscidində Ailə dəyərləri milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi mövzulu layihə çərçivəsində “Tarixilik və ailə dəyərləri” mövzusunda maarifləndirici tədbir keçirtmişdir.
AZpress.AZ- xəbər verir ki, tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi rayon Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidinin dini ayinlərin icraçısı Həsənxan Mənsumov, icma üzvləri, kənd sakinləri və kənd ağsaqqalları iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayevbildirdi ki, Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Elə bu səbəbdən də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərinin qoruyucusu olmaqla yanaşı, həm də genofondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayıb.
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev“Tarixilik və ailə dəyərləri” mövzusunda məruzə etmişdir. Təyyar Hacıyev bildirib ki, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərə sadiqlik göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Ailələrin sağlam və xoşbəxt yaşamaları üçün onun üzvləri arasında səmimiyyət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Milli-mənəvi dəyərlər baxımından əhəmiyyətli məsələ olan ailə anlayışına dövlətimiz tərəfindən də hər zaman xüsusi diqqət göstərilib.
Ağcabədi rayon Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidinin dini ayinlərin icraçısı Həsənxan Mənsumov çıxış edərək, müqəddəs kitabımız olan Qurani Kərimdən və peyğəmbərimizin ailə haqqındakı hədislərindən bəhs edib.
Məruzə ətrafında Ağcabədi rayon Şahsevən kənd tam orta məktəbin direktoru Tahir Həsənov və kənd ağsaqqalı Şöhlət Əsədov çıxış edərəkvalideyn-övlad münasibətlərində, yoldaşlıq və dostluq kimi əxlaqi dəyərlərin təbliğində belə tədbirlərin böyük əhəmiyyəti olduğunu vurğulayıblar.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və çay süfrəsi açıldı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !