Layiqli və peşəkar mütəxəssis olmaq üçün bilik başlıca meyardır - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Layiqli və peşəkar mütəxəssis olmaq üçün bilik başlıca meyardır +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

2018/2019-cu tədris ilinin qış imtahan sessiyası ərzində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Azərbaycan Turizm və Menecment Universitetində imtahan qərargahı yaradılıb. Qərargah sədri rektor İlham Mədətov, sədr müavinləri isə prorektorlar Hüseyn Həsənov və İranə Əliyevadır. İmtahan qərargahına Milli Məclisin üzvü Musa Qasımlı, AMEA-nın nəzdində Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, “Skal İnternational Baku”nun prezidenti Ceyhun Aşurov, “CRC” şirkətinin təsisçisi Dəyanət Əhmədov, AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov,Azərbaycan Respublikası Prezidenti yanında QHT Şurasının mütəxəssisi Tural Hüseynli,Milli QHT forumunun Turizm İnkişaf Mərkəzinin rəhbəri Ruslan Quliyev, KİV nümayəndələri və valideynlər daxildir.

Bu gün ATMU-da 2018/2019–cu tədris ilinin qış imtahan sessiyasının gedişini izləmək məqsədilə keçirilən “Açıq qapı” günündə ali təhsil müəssəsəsinin rektoru İlham Mədətov tədbir iştirakçılarını salamladıqdan sonra “elmin incəliklərinə bələd olmaq, seçdiyi peşənin gələcəkdə layiqli mütəxəssisi olmaq üçün oxumağın əsas meyar olduğunu” diqqətə çatdırdı. Universitet və ya kolleclərə daxil olmağın asan, lakin oxumağın çətinliklərindən söz açdı.Eyni zamanda valideynlərə övladlarını səbəbsiz və mənasız əyləncələrdən qorumağı tövsiyə etdi. Uşağın qabiliyyəti, bacarığı nəyə çatarsa və istəyi nəyə olarsa, onu o sahəyə yönləndirməyin faydalı olduğunu dedi.

ATMU-nun prorektoru Hüseyn Həsənov diqqətə çatdırdı ki, imtahanlarda səffaflığı qorumaq, neqativ hallara imkan verməmək üçün qərargaha daxil olan hər bir şikayət, imtahanların təşkilində və gedişində baş verən nöqsanlar operativ aradan qaldırılır. Buna görə də qərargahın qaynar xətti 24 saat açıqdır. Gecənin hansı saatında verdiyi cavabla, qiymətləndirilmə ilə bağlı tələbənin qaynar xəttə müraciət etmək imkanı var.

Ümumi tanışlıqdan sonra tədbirdə iştirak edən valideynlər, ekspertlər və universitetin rəhbərliyi imtahanların gedişini izləmək üçün imtahan zalına daxil oldular.

Qeyd etmək lazımdır ki, ATMU-da 3 fakültə fəaliyyət göstərir. Konkret olaraq indiyədək ali təhsil müəssisəsinin turizm və qonaqpərvərlik fakültəsində bakalavr və magistr pilləsi üzrə 42 qrupda 121 imtahan keçirilib.Ümumi imtahan nəticəsi isə 2.439 həddindədir.Biznes idarəçiliyi fakültəsində 40 qrup üzrə 112 imtahandan 1619, Xidmət mühəndisliyi fakültəsində isə 22 qrup üzrə 124 imtahandan 1744 nəticə alınıb.

2018/2019-cu tədris ilinin qış imtahan sessiyası fevralın əvvəlində başa çatacaq. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !