İslam həmrəyliyi sülh və inkişafa təminatdır ... - +FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lerik)

“İslam həmrəyliyi sülh və inkişafa təminatdır”... +FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lerik)

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonunun Vizəzəmin kənd məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə çərçivəsində “İslam həmrəyliyi sülh və inkişafa təminatdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Lerik rayonunun Vizəzəmin kənd məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında İslam dininin sülh və həmrəylik dini olduğunu, insanları birliyə çağırdığını qeyd edib. Natiq Prezident İlham Əliyevin müsəlman aləmində İslam həmrəyliyinin təmin olunması, eləcə də tolerant və multikultural dəyərlərin qorunması üçün mühüm xidmətlər göstərdiyini bildirib.
Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov çıxışında İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin vacibliyi ilə bağlı fikirlərini bildirib.
Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov, Kəlvəz kənd məscidinin mütəvəllisi Habil Quliyev və digərləri çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !