Kaş yarı lar qala... - - Sona Vəliyeva

Kaş “yarı”lar qala... - Sona Vəliyeva

Kaş “yarı”lar qala

 

Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa,
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa. (V. Səmədoğlu)

 

Dost-doğma şəhərdə
dincəlməyə qoymayan,
tək qalmağa qıymayan
dostların, doğmaların
içində
adam tək yaşaya,
öləndəsə qərib şəhərin
qərib ünvanında qərib ölə...
Xəzərin qoynundan qalxan
dumana bükülüb,
ölümə qoşulub gedə...
Şəhər yerindən qalxmamış
xəbərsiz-ətərsiz itə.
Dostu kədərləndirməyə,
düşməni sevindirməyə,
küçələri qəmləndirməyə,
yoldan ötəni əyləndirməyə
qıymaya.
Ya da elə
...ölümün təmtərağından qaça,
ölməyə, qeyb ola.
Ağlamağa, ağı deməyə
nə ana axtara, nə bacı.
Hamı yuxudaykən,
balası
oyananadək,
hər şey qəfil ola...
Ya da yuxudan oyanmış kimi
ayıla.
Peşman ola başına gələnlərə.
Doğmalar o yana qalsın,
özü özü üçün darıxa,
ayağı evinə gedən izi
üçün,
əlləri ən əziz əşyalarının
tozu üçün,
qapının üstdəki adı,
gözü üçün,
yarımçıq vərəqdəki şeiri,
yazılmayan
sözü üçün
darıxa...
Od tutub
yana...
Peşman ola
öz özünə arzuladığına.
Qıymaya yaxınlarına,
həmişə sevincli
görmək istədiyi
balalarına
Öz dərdini, öz qəmini,
ruhunun kimsəsizliyini
heç kimə qıymaya,
dərdini ağlamağa
heç kimi qoymaya,
özü özünü bildiyi kimi
oxşya, ağlaya.
Kaş doğmalara yetməyən
yarı yol kəsilsə də,
yarı yol qala...
Kaş getsək də,
köçsək də,
hər şeydə
"yarı”lar qala.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !