AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ PENİTENSİAR XİDMƏTİ - - MƏLUMAT

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ PENİTENSİAR XİDMƏTİ - MƏLUMAT

http://azpress.az/index.php?lang=az&sectionid=news&id=86272

 

MƏLUMAT 

 

Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə cəza çəkdiyi dövr ərzində yeni cinayət əməli törətdiyinə görə barəsində cinayət işi başlanmış Mehman Hüseynova dəstək məqsədilə ayrı-ayrı penitensiar müəssisələrdə saxlanılan bəzi məhkumlar tərəfindən guya aclıq aksiyası keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilmişdir. Penitensiar xidmət bildirir ki, tabeçilikdə olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir. Bununla bağlı yayılmış məlumatlar reallığı əks etdirmir, cəmiyyətdə çaşqınlıq yaratmaq və bəzi şəxsləri gündəmdə saxlamaq məqsədi daşıyır. Hər zaman olduğu kimi bu gün də Penitensiar xidmət tabe qurumlardakı vəziyyətlə bağlı ictimaiyyəti maraqlandıran istənilən məsələyə aydınlıq gətirməyə və kütləvi informasiya vasitələrinin sorğularını cavablandırmağa hazırdır.

 

Penitensiar xidmətin 
İctimaiyyətlə əlaqələr şöbəsi 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )