Abşeron RİH-in təşəbbüsü ilə Saray internat evində Yeni il şənliyi təşkil edilib - (+FOTOLAR)

Abşeron RİH-in təşəbbüsü ilə Saray internat evində Yeni il şənliyi təşkil edilib (+FOTOLAR)

Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssəsində Yeni il süfrəsi açılıb və uşaqlara bayram hədiyyələri təqdim edilib.

 

Abşeron RİH-in əməkdaşı Hafiz Mikayılov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron nümayəndəliyinin rəhbəri İlham Manafov, internat evinin direktoru Pərvanə Səfərova çıxış edərək uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər.

Tədbirdə Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi sosialyönümlü layihələrdən söz açılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəni daim diqqətdə saxladığı, belə tədbirlərin davamlı olacağı vurğulanıb.

Görüşdə rayon Mədəniyyət Mərkəzinin bədii-özfəaliyyət kollektivləri ilə yanaşı , uşaqların iştirakı ilə musiqi və rəqs nömrələri təqdim edilib.

Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər. Sonra internat məktəbinin şagirdlərinə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən bayram hədiyyələri təqdim olunub. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )