AY MƏNİM SUFİ BABAM!!! - - Aida Eyvazlı

AY MƏNİM SUFİ BABAM!!! - Aida Eyvazlı

(5 il əvvəl yazdığım şerim elə NƏSİMİ babam üçün idi)

 

AY MƏNİM SUFİ BABAM!!!
 

Ey mənim sufi babam,
Sərgədan ruhlu babam.
Dövrana asi olub,
Vətənə həsrət qalan,
Ay mənim sufi babam!

Belə olmaz, belə olmaz,
Belə qalmaz, belə qalmaz....

Baxdığın yollar qısalmaz,
Gecələrdən həmdəm olmaz.
İçdiyin şərabdan, meydən
Həsrətin yuku azalmaz,
Ay mənim sufi babam.

Belə olmaz, belə olmaz,
Belə qalmaz, belə qalmaz....

Hanı o sevgili yarın,
Hanı gülün , dilidarın.
Qəlbindəki o qubarın,
Mən özüm qurbanı ollam,
Ay mənim sufi babam!

Belə olmaz, belə olmaz,
Belə qalmaz, belə qalmaz....

İsgəndər hakimi zaman,
Hani o təxti Suleyman.
Kimə qaldı qoca dövran,
Hər şeyi görür yaradan,
Ay mənim sufi babam!

Belə olmaz, belə olmaz,
Belə qalmaz, belə qalmaz....

Böyük hörmətdən düşübdür,
Söz kəramətdən düşübdür,
Haqqın heç çəkisi yoxdur,
O da qiymətdən düşübdür,
Ay mənim sufi babam!

Belə olmaz, belə olmaz,
Belə qalmaz, belə qalmaz....

Üidim yoxdu sabaha,
Hamı batıbdı günaha.
Şor gəlib minib mataha,
Bu bazarda hər şey baha,
Ay mənim sufi babam!

Belə olmaz, belə olmaz,
Belə qalmaz, belə qalmaz....

Kaş bir namə göndərəydim,
Çəkdiyim dərdi biləydin.
Gəlib əhvalım görsəydin,
Olacaqdın qəlbi parə,
Ay mənim sufi babam!

Belə olmaz, belə olmaz,
Belə qalmaz, belə qalmaz....

Laməkan oldu Nəsimi,
Ayrılıq onun nəsibi.
Hələbdə nigaran qəbri,
Qalmayıb onun da səbri,
Kim gətirsin bəs o qəbri,
Üzü Şirvanə ay babam?!
Ay mənim sufi babam!

Belə olmaz, belə olmaz,
Belə qalmaz....
Ay mənim sufi babam! (Aida Eyvazli Göytürk)

Daşkənd, 31 yanvar, 2013. Saat 04:02. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )