Lənkəran teatrının heyəti İranda keçirilən Fəcr Beynəlxalq Teatr Festivalında... - + FOTO (AZpress.AZ Ağaddin Babayev)

Lənkəran teatrının heyəti İranda keçirilən Fəcr Beynəlxalq Teatr Festivalında... + FOTO (AZpress.AZ – Ağaddin Babayev)

Yanvarın 6-dan İran İslam Respublikasında 37-ci Fəcr Beynəlxalq Teatr Festivalı işinə başlayıb. AZpress.AZ xəbər verir ki, həmin nüfuzlu sənət yarışması çərçivəsində İranın Ərdəbil şəhərində dünyanın ayrı-ayrı teatrlarının tamaşalarına baxış keçirilib. Lənkəran Dövlət Dram Teatrının dörd nəfərlik heyəti də qonaq qismində festivalda təmsil olunub. Teatrının direktoru Tofiq Heydərov Beynəlxalq Fəcr Teatr Festivalının İranın mədəni həyatında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, onlar Ərdəbildə olduqları dörd gün müddətində bir sıra sənət kollektivlərinin, o cümlədən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tamaşalarını izləmək imkanını qazanıblar:”Səfərimiz zamanı işgüzar görüşlərə də qatıldıq. Belə ki, ayr-ayrı teatr truppalarının məşqlərinə baxaraq, onların iş prosesləri ilə yaxından tanış olduq, teatr truppalarının rəhbərləri, rejissor və aktyorlarla görüşüb yaradıcılıq söhbətləri və mübadilələri apardıq”.
T.Heydərovun bildirib ki, Ərdəbildə olduqları müddətdə rəhbərlik etdiyi kollektivlə bağlı bir sıra yaradıcılıq layihələrinin planlaşdırılması məsələlərində iştirak edib. Belə ki, Ərdəbil Vilayət Mədəniyyət Baş İdarəsi ilə Lənkəran Dövlət Dram Teatrı arasında gələcək əməkdaşlığa dair razılaşma bu qəbildəndir.
Tədbirin bağlanış mərasimində Lənkəran teatrının direktoru Tofiq Heydərov çıxış edərək festivalın gedişindən məmnun qaldıqlarını bildirərək, qonaqpərvərliyə görə tədbirin təşkilat komitəsinə təşəkkürünü çatdırıb.
Mükafatlandırma zamanı Lənkəran teatrının da payına diplom və xatirə hədiyyəsi düşüb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !