Region könüllülərinin karyera məktəbi layihəsinin təlimlərinə start verilib - (+FOTOLAR)

“Region könüllülərinin karyera məktəbi” layihəsinin təlimlərinə start verilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 8 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Region könüllülərinin kariyera məktəbi” layihəsinin təqdimatı və ilk təlimi baş tutub.

Əsas məqsədi könüllülərin fəaliyyətinin stimullaşdırılması, onlar arasında əlaqələrin möhkəmləndirilməsi və könüllü fəaliyyətin təşkili olan layihədə Mingəçevirdə yaşayan və təhsil alan gənclər iştirak edib. Təlimin ilk günündə layihə rəhbəri Firəngiz Telmanlı iştirakçılara könüllülük haqqında məlumat verib, könüllü olmağın perspektivlərini onların diqqətinə çatdırıb. Regionlarda yaşayan gənclərin könüllü fəaliyyəti haqqında məlumatlarının azlığının günümüzün əsas problemlərindən biri olduğunu, layihə nəticəsində bu problemin aradan qaldırılmasına çalışacaqlarını qeyd edib. Müzakirə şəklində keçirilən təlimdə gənclər könüllü fəaliyyətlə bağlı öz fikirlərini bildirib.

Gənclərin komanda şəklində işləmə bacarıqlarının inkişafı, ilkin peşə təcrübəsinin qazanılması, gənclər və sosial xidmət müəssisələri arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində layihənin böyük rolu olacaq. Layihə müddətində könüllülərin xidmətindən yararlanan sosial xidmət müəssisələrinin nümayəndələri ilə könüllülərin diskussiyasının keçirilməsi isə könüllülərə üzləşdikləri problemlər haqqında birbaşa səlahiyyətli şəxslərə məlumat vermək imkanı yaradacaq. Təlimlər gənclərin könüllülük fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etməsi, təcrübə qazanması və asudə vaxtlarının səmərəli təşkilində müsbət rol oynayacaq.

Layihənin sonunda təlimləri uğurla başa vuran gənclər sertifikatlarla təltif olunacaqlar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !