YAXŞI MİLLƏT OLMAĞIN SADƏ VƏ ÇƏTİN DÜSTURU - - Rafael Hüseyn (+VİDEO)

YAXŞI MİLLƏT OLMAĞIN SADƏ VƏ ÇƏTİN DÜSTURU - Rafael Hüseyn (+VİDEO)

Köhnə ilin lap bitəcəyində, yeni ilin tam ərəfəsində mənim ən ülvi arzularımdan biri millətimlə bağlıdır.
Dahi Cəlaləddin Rumi hikmət xəzinəsi “Məsnəvi”sində təsdiqləyirdi ki, həmrəy, həmürək olmaq eyni dildə danışmaqdan, soydaş olmaqdan daha artıqdır.
Dünya boyu yayılmış, bü gün sayı 50 milyonu arxada qoymuş soydaşlarımızı qovuşduran ən ali sərvətimiz, əlbəttə ki, ana dilimizdir.
Amma Qoca Mövlananın bu düsturu, bu birlik ülgüsü də gərək həmişə ağlımızda olsun!
Eyni dildə danışmaq hələ insanları yumruğa döndərə, əsl birliyi yarada bilmir.
Milli Birlik hay-küylə, şüarlarla deyil, səmimiyyətlə, sədaqətlə, can yandıraraq görülən işlərlə yaranır.
Məhz İsmayıl bəy Qaspıralı vəsiyyət edən sayaq: "Dildə, Düşüncədə,Əməldə birlik"lə!
Əlbəttə ki, vəhdət gərək ən əvvəl ürəklərdə, ruhda, amallarda, ortaq hədəflərdə, müştərək diləklərdə yaransın.
Böyük millət olmağın, yaxşı millət olmağın, güclü millət olmağın tək yolu budur!
Taledən, Tarixdən və Tanrıdan Millətimə ən böyük arzum bu gün də, sabah da məhz belə həmrəylik, belə həmürəklik, belə həməqidəlikdir!
Bayramınız mübarək!

Baxacağınız bu lenti illər öncə elə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün növbvəti gəlişi astanasında hazırlamışdım.
Unudulmaz Heydər Əliyevin dünya azərbaycanlılarının birliyini qurmaq yolunda əməkləri daim minnətdarlıqla anılmalıdır.
Bərpa edilmiş müstəqilliyimizin ilk illərində, sınaqlı 1990-cı illərdə prezident Heydər Əliyevin xarici səfərlərinin bir çoxunda mən də yanında olmuşam, o müdrik, uzaqgörən, güclü şəxsiyyətin usanmaz fəaliyyətlərini yaxından izləmişəm.
Siz də seyr edin.
İlk növbədə sizlər -- dünya boyunca bütün bacı-qardaşlarımız!
Burada söylənənlər millət quruculuğunda müstəsna xidmətləri olan üstün zəkalı bir şəxsiyyətin köhnəlməz öyüdləri, fədakar çalışmalarıdır.
Və bu nümunə həm də bir başqa vacibdən vacib həqiqəti anladır.
Milli Birlik, Soydaşlar Həmrəyliyi kimi ümdə dəyərlər öndər olmaq gücü daşıyan qüdrətli şəxsiyyətlər umur.
Millətimiz heç vaxt Qadir Şəxsiyyətlərsiz, Böyük Aydınlarsız, sözünə hər yurddaşın, hər soydaşın inam və iman bağladığı Öndərlərsiz olmasın!
Bayramınız mübarək! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !