Gəlincik bu dəfə Sumqayıt Dövlət Dram teatrında danışacaq... - (+FOTO)

Gəlincik bu dəfə Sumqayıt Dövlət Dram teatrında “danışacaq...” (+FOTO)

AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram teatrı 2019-cu ilin repertuar planında nəzərdə tutulmuş A.Şaiqin “Danışan gəlincik” əsəri üzrə eyniadlı tamaşanın hazırlıq işlərinə start vermişdir.

Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədov, quruluşçu rəssamı Arif Müzəffərov, rejissoru Fuad Kazımov, musiqi tərtibatçısı Telman Qəniyev, rejissor köməkçisi Fazilə Rzayevadır.

Pyesin ilk oxunuşunda iştirak edən teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov yaradıcı heyətə uğurlar arzulayaraq qeyd etdi: “İnanıram ki, Azərbaycan klassik uşaq ədəbiyyatının A.Şaiqin sözündən bu məhşur əsəri əsasında hazırlanmış tamaşa Sumqayıt məktəblilərinin böyük marağına səbəb olacaqdır. Çünki kollektivin potensialı və aktyorlarımızın istedadı buna imkan verir.”

Rolları Əməkdar artistlər Növrəstə Həşimova, Ulduzə Nəsir, aktyorlar İlham Səfərli, Habil Xanlarov, Mətanət Əmirullayeva, Vəfa Qurbanova , Sevda Hüseynova, Şəhla Məmmədova, Dağlar Rüstəmov, Cavanşir Eyyubzadə, Şəmistan Süleymanlı, İlahə Səfərova, Ceyhun Məhərrəmov, Elmir Mehdiyev, Şəms Abdullayeva, Elay Xasiyev və başqaları ifa edəcəklər.

Kollektiv əsərin süjet xəttini saxlamaqla, yeni versiyanı fevral ayının sonunda məktəblilərin ixtiyarına verəcəkdir.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !