Azərbaycanın üzvü olmadığı təşkilatlarda da sözünün keçməsi Prezidentimizin xarici siyasətinin uğurudur -

Azərbaycanın üzvü olmadığı təşkilatlarda da sözünün keçməsi Prezidentimizin xarici siyasətinin uğurudur

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində mühüm tezislərə rast gəldik. Bu, təkcə Azərbaycan Respublikası ərazisində deyil, bütün dünyada yaşayan 60 milyon azərbaycanlıya ünvanlanmış müraciətdir. Bu gün Azərbaycan dünyada öz mövqelərini kifayət qədər möhkəmləndirmiş bir ölkəyə çevrilib. Dövlət başçısının müraciəti də dünyada yaşayan 60 milyonluq azərbaycanlı tərəfindən qəbul edilir.

Bu sözləri siyasi şərhçi Azər Həsrət AZƏRTAC-a açıqlamasında bildirib.

A.Həsrət qeyd edib ki, təkcə 2018-ci ildə Azərbaycan Prezidenti 16 ölkəyə səfər edib. Səfərlər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsi baxımından çox əhəmiyyətli olub.

Azərbaycanın 2018-ci ildə xarici siyasətdə mühüm bir uğura imza atdığını vurğulayan siyasi şərhçi deyib: “Bildiyimiz kimi, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil, Ermənistan isə bu təşkilatın üzvüdür. Ancaq buna baxmayaraq, biz ilboyu müşahidə etdik ki, bu təşkilatda, eləcə də Avrasiya İqtisadi İttifaqında Ermənistanın deyil, Azərbaycanın sözü keçir. Hesab edirəm ki, üzvü olmadığımız təşkilatlarda belə Azərbaycanın sözünün keçməsi dövlətimizin başçısının nüfuzundan qaynaqlanır və bu, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğurudur. Prezident İlham Əliyev dünya liderləri arasında kifayət qədər böyük nüfuza malikdir. Azərbaycanın uğurlarının əsas açarı da budur. Bir sözlə, qeyd etmək olar ki, 2018-ci ildə Azərbaycan bundan əvvəlki illərdə əsası qoyulmuş uğurlu xarici siyasəti davam etdirib”. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )